Hadisə

21 yaşlı oğlan kanalda boğuldu

27 İyul 2014 15:28
0 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçayda 21 yaşlı oğlan kanalda batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində ("Mingəçevir" sularda xilasetmə məntəqəsindən, təxminən, 130 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyev batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

Hazırda batan şəxsin axtarışları davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.