Hadisə

16 yaşlı qız ailəsinə şok yaşatdı

27 İyul 2014 14:27
6 Şərh     Baxış: 9 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zaqatalada 16 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib.

Anspress-in məlumatına görə, hadisə rayonun Əliabad kəndində baş verib.

Musayeva Sevinc Abdulla qızı sirkə turşusundan zəhərlənmə dianozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yeniyetmənin vəziyyəti ağır olduğundan həkimlər onu dərhal reamianasiyaya yerləşdiriblər.

Hazırda onun vəziyyəti orta-ağır kimi dəyərləndirilir.

Xəstəxanadan verilən məlumata görə, sirkə turşusundan zəhərlənmə faktı 10 gün ərzində rayonda ikinci dəfə qeydə alınıb. Sirkə turşusundan zəhərlənmə halları ilk baxışdan intihara cəhd kimi görünsə də, zərərçəkmişlərin yaxınları bunun ehtiyatsızlıqdan baş verdiyini deyirlər.

Qeyd edək ki, 16 yaşlı Sevinc Musayevanın faciəsi  Zaqatalanın Əliabad qəsəbəsində bu gün qeydə alınan ilk hadisə deyil.

26 yaşlı Əliabad qəsəbə sakini İkram Telman oğlu Ruşanov bu gün yaşadığı evin həyətyanı sahəsində armud ağacından asaraq özünə qəsd edib. 1988-ci il təvəllüdlü İkram Ruşanov evli olub. Onun bir uşağı var.
İkram Ruşanovun intihar səbəbləri məlum deyil. Faktla bağlı cinayət işi açılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.