Hadisə

Azərbaycanda görülməmiş qəza: meşəbəyinin maşını iki qadının üstündən keçdi

25 İyul 2014 20:49
0 Şərh     Baxış: 2 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunda qeyri-adi qəza baş verib

Milli.Az APA-ya istinadən xəbər verir ki, meşəbəyi işlədiyi idarəyə məxsus "NİVA" markalı minik maşınını Şamaxı şəhərində hündür ərazidə yerləşən küçənin yuxarı hissəsində saxlayaraq Şamaxı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinə gedib.

Dağlıq ərazidə olan küçənin yuxarısında düzgün saxlanılmayan avtomobil qəflətən aşağıya doğru hərəkət etməyə başlayıb. Səs-küyü eşidib dərhal idarədən çıxan meşəbəyi küçənin aşağısına doğru axıb gedən avtomobilin arxasınca qaçsa da, ona çata bilməyib. Sürətlə küçənin aşağısına doğru hərəkət edən maşın yolun kənarında söhbət edən iki qonşu qadının üstündən keçib.

Məlumata görə Şamaxı şəhərinin Qurban Namazəliyev küçəsi, ev 52 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Şahməmmədova Şövkət Seyid qızı və onun qonşusu olan 54 yaşlı Abdulhəşimova Qızılgül İzir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.