Hadisə

Tovuzda yanğın

25 İyul 2014 17:20
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tovuzun İbrahimhacılı kəndində də yanğın hadisəsi qeydə alınıb. Ötən gün baş verən yanğın hadisəsi zamanı kənd sakini Fəzail Məmmədhəsənova məxsus fərdi evin həyətində olan 8 ton ot bağlamasının yarısı və ona bitişik ümumi sahəsi 164 kv.m olan mağazanın 25 kv.m sahədə lambirdən ibarət divar üzlüyü yanıb, plastik pəncərə isə yüksək temperaturdan əriyib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, kənd sakinləri yanğınsöndürənlər gələnə qədər geyim mağazasındakı malları və digər əşyaları küçədə təhlükəsiz yerə yığıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.