Hadisə

Saatlı sakininin həyətində silah-sursat aşkar edildi - YENİLƏNİB - VİDEO

25 İyul 2014 18:47
1 Şərh     Baxış: 2 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəllər dəfələrlə məhkum olunmuş Saatlı rayon sakininin evində avtomat silahı tapılıb


17:42


Saatlı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Saatlı rayonunun Çolpu kənd sakini, 1966-cı il təvəllüdlü Əhmədov Hasil Hacı oğluna məxsus mənzildən "AKM 74" markalı avtomat silah, 2 ədəd avtomat darağı və müxtəlif çaplı gilizlər aşkar edilərək götürülüb.
 

Qeyd edilib ki, Hasil Əhmədov əvvəllər bir dəfə adam öldürmə və 2 dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunub.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


----------
15:17

Saatlı rayonu Çolpı kənd sakininin həyətində silah-sursat aşkar edilib

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çolpı kənd sakini Hasil Əhmədovun həyətinə baxış zamanı 1 ədəd "AK-74" markalı silah, 2 ədəd patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bundan başqa, Suraxanı rayonunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun M.Mustafayev küçəsində Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarovdan "AK" markalı silah götürülüb.

Milli.Az

-----------
18:47

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.