Hadisə

Bakıda tikilən hündürmərtəbəli binada yanğın oldu

25 İyul 2014 13:37
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Nərimanov rayonu ərazisində yeni tikilən hündürmərtəbəli binanın ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən anspress-ə verilən məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsi 31/5 ünvanında tikilməkdə olan binanın ərazisində qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Müəyyən edilib ki, yanğın binanın məişət tullantıları yığılan ərazisində yaranıb. Yanğının qarşısı alınıb. İlkin ehtimala görə, yanğına ehtiyatsızlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.