Hadisə

Dünyanı gəzən qadın bayker Qusarda qəzaya düşdü - VİDEO

25 İyul 2014 10:30
0 Şərh     Baxış: 1 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müvazinətini saxlaya bilməyən Kristiana motosikletdən yıxılıb

Dünyanın 100-dən çox ölkəsini motosikletlə qarış-qarış gəzən 59 yaşlı Kristiananın Azərbaycanı gəzmək istəyi yarımçıq qalıb. Qusarın Laza kəndinə gələn zaman onun motosikleti aşıb. Kəndə daxil olan kimi müvazinətini saxlaya bilməyən Kristiana motosikletdən yıxılıb. Motosikletə heç bir şey olmasa da, Kristiana Zaqar ayağından zədə alıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bundan sonra o, Bakıya xəstəxanaya gətirilib və artıq evə də buraxılıb. Hələ də ağrılarının olduğunu deyən Kristiananın, deyəsən, Azərbaycanı gəzmək sevdasından əl çəkmək fikri yoxdur. Böyük və kiçikliyindən asılı olaraq getdiyi hər ölkədə bir neçə ay qalan səyyah deyir ki, gəzdiyi ölkələr içərisində ən çox sevdiyi Hindistandır. Amma azərbaycanlıların da qonaqpərvərliyi onun xoşuna gəlib.

Onun bu qədər ölkəni gəzməsi heç də səbəbsiz deyil. Bir səbəbi 17 il öncə həyat yoldaşından ayrılmasıdırsa, digər bir səbəbi yaşadığı həyat tərzinin yeknəsəqliyi olub.

"Mən özümdən soruşdum ki, haradadır mənim həyatım? Fikirləşirdim ki, həyatım keçir, amma mən yaşamıram. Beləliklə mən hər şeyi - evimi, işimi tərk etdim və səyahətə çıxmağı qərara aldım", - deyə italyan turist Kristiana Zaqar bildirir.

7 dil bilən Kristiana Zaqar Azərbaycan dilində ancaq "salam" və "sağ ol" sözlərini bilir. Onun Azərbaycandan sonra növbəti səyahət edəcəyi ölkə isə Özbəkistan olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.