Hadisə

İlisu qoruğunda güclü yanğın - YENİLƏNİB - VİDEO

25 İyul 2014 11:52
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qaxda güclü yanğın baş verib, yanğın nəticəsində 150 hektar ərazidə biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

----------
09:03

Milli.Az Kanal S-ə istinadən bildirir ki, yanğın şəhər mərkəzindən təxminən 80 km uzaqlıqda, Yeni İlisu kəndində, İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verib.

Səhər saatlarından başlayan yanğın barədə Qax Rayon Yanğından Mühafizə Hissəsinə axşam saat 21 radələrində məlumat verilib. Dərhal yanğın baş verən əraziyə Qax Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi, Şəki, Zaqatala və Balakən rayonlarından hərəsindən 1 yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.

Əraziyə cəlb olunmuş şəxsi heyət xüsusi yanğınsöndürən avadanlıqlar vasitəsilə yanğının qarşısını almağa çalışıb. Saatlarla davam edən yanğının qarşısı gecə saat 03:47-də tamamilə alınıb. Yanğın nəticəsində təxminən 150 ha ərazidə biçilmiş taxıl sahələri və kol-kos yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri bilinmir.

Qeyd edək ki, yanan ərazilər İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir.

Faktla bağlı Qax Rayon Yanğından Mühafizə Hissəsində araşdırmalar aparılır.

Milli.Az

----------
11:52

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.