Hadisə

Azərbaycanda ağır qəza: sürücü öldü, sərnişin yaralandı

24 İyul 2014 23:43
0 Şərh     Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin baş müstəntiqi Famil Həsənovun verdiyi məlumata görə, hadisə iyulun 24-də axşam saatlarında rayonun Siyavar kəndi ərazisində qeydə alınıb. Rayonun Vel kənd sakini, 1984-cü il təvəllüdlü Ələddin Zakir oğlu Məmmədovun idarə etdiyi "VAZ-21099" markalı, 42 BJ 299 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılıb. Nəticədə sürücü və onun yanındakı sərnişin, Vel kənd sakini, 1997-ci il təvəllüdlü Rövşən Məhərrəm oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq sürücü Ə.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hazırda sərnişin R.Məmmədovun da vəziyyətinin ağır olduğu bildirilir.

İlkin versiya kimi qəzanın "VAZ-21099" markalı avtomobilin manevr edərkən sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq təfərrüatları aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.