Hadisə

Azərbaycanda ağır qəza: 1 ölü, 5 yaralı

24 İyul 2014 20:00
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda ağır yol qəzası baş verib.

Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Elşən Ələkbər oğlu Cəfərovun idarə etdiyi 10 TN 759 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobillə sürücüsü hələlik məlum olmayan 99 FT 409 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 2106"-da olan sərnişin, 1972-ci il təvəllüdlü Cəlil Səlim oğlu İsayev hadisə yerində ölüb, avtomobilin sürücüsü və digər sərnişinlər - 1970-ci il təvəllüdlü Yavər Səlim oğlu İsayev, Namiq İsa oğlu Murquzov və "Opel" markalı avtomobildə olanlar - 2000-ci il təvəllüdlü Əli Yaşar oğlu Abdullayev və 1978-ci il təvəllüdlü Şahlar Tahir oğlu Mustafayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.