Hadisə

Azərbaycanda dəhşətli qəza: bacı və qardaş öldü

24 İyul 2014 15:24
0 Şərh     Baxış: 2 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

APA-nın məlumatına görə, hadisə bu gün saat 14 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 63 yaşlı Abdullayev Aslan İsa oğlunun idarə etdiyi 90- FF-450 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik maşını əvvəlcə "VAZ -2107" markalı avtomobili vurub, daha sonra sementlə yüklənmiş yük maşınına (TIR) çırpılıb.

Nəticədə "Mercedes"in sürücüsü A.Abdullayev hadisə yerində dünyasını dəyişib. Onun maşında olan bacısı - 57 yaşlı Ağayeva Dürdanə İsa qızı isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.