Hadisə

Azərbaycanda hərbçiləri daşıyan maşın qəza törədib, yaralılar var - YENİLƏNİB - FOTO

24 İyul 2014 16:31
0 Şərh     Baxış: 2 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:32

Masallı rayonunda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə iyulun 24-də saat 11 radələrində Ələt-Astara avtomobil yolunun şəhərin Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb.
 
Müddətdən artıq xidmət edən 1991-ci il təvəllüdlü Elçin Ələs oğlu Qocayevin idarə etdiyi  Daxili Qoşunlara məxsus "QAZ-3108" markalı, 09-46 DQ dövlət nömrə nişanlı hərbçiləri daşıyan maşın Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Xalid Sultan oğlu Səlimlinin idarə etdiyi "VAZ-21154" markalı, 42 BK 168 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ-21154"ün sürücüsü və onun yanındakı sərnişin, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Toğrul Məmmədağa oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hərbçilərdən isə xəsarət alan olmayıb.
 
Hazırda faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq baş vermə səbəbləri avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

Milli.Az

------------
16:31

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.