Hadisə

Bakı metrosunda aləm qarışdı: hər şey vaqondakı utanc hərəkətdən doğdu

24 İyul 2014 10:09
28 Şərh     Baxış: 14 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunda dünən gecə aləm qarışıb. Dərnəgül istiqamətində gedən qatarda sərnişinlər şillə-təpik davasına çıxıblar.

Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, qatar hərəkətdə ola-ola iki oğlan əlbəyaxa olub. Onları ayırmaq üçün sərnişinlər xeyli əziyyət çəkməli olublar.

Hadisə şahidi baş verənləri Milli.Az-a belə nəql etdi: "Qatar "Dərnəgül" istiqamətində gedirdi. 3-4 dost idi, biri "Memar Əcəmi"dən qabaqkı stansiyada düsəndə söyüş söydü. O zaman qabaqda bir oğlan dedi ki, ey, ağzının açarını itirmə. O da anası ilə idi. Oğlan vaqondan düşdü, amma qısqırdılar deyə təzədən mindi qatara və qatar da sürdü. İçəridə yumruq-təpik davası başlandı. Oğlanlar düşdülər araya, ayırdılar. Söyüş söyən "Memar Əcəmi" stansiyasında düşəndə ona irad tutan oğlanı çağırdı ki, düş gəl, söhbət edək. Anası oğlunu buraxmadı. Amma "Memar Əcəmi"də qatarın qabağında polislər var idi. Vaqon stansiyada 6-7 dəqiqə dayanmalı oldu".

Bakı Metropolitenində Polis Şöbəsindən Milli.Az-a dava ilə bağlı açıqlama verilmədi.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.