Hadisə

Bakıda zəncirvarı qəza olub - VİDEO - FOTO

24 İyul 2014 09:13
0 Şərh     Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Nərimanov rayonunda zəncirvari qəza baş verib.

Milli.Az APA TV-yə istinadən bildirir ki, hadisə Xətai prospekti ilə Nemət Quliyev küçəsinin kəsişməsində, "Yaşıl bazar"ın qarşısında qeydə alınıb.
 
Qəza zamanı Rəşad Pənahovun idarə etdiyi "Opel" Pənah Məmmədovun idarə etdiyi "VAZ 2107"ni, o isə  işıqforun qırmızı işığında dayanan, Şaiq İsayevin idarə etdiyi "Mercedes Benz"i vurub.

Zərərçəkən  Pənah Məmmədovun sözlərinə görə, "Opel" sürətlə hərəkət edirmiş.

Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yararsız hala düşən avtomobillər hadisə yerindən uzaqlaşdırılıb. Sürücülər isə ifadələri alınmaq üçün yol polisi şöbəsinə aparılıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.