Hadisə

Xəstə aparan təcili yardım maşını qəzaya düşdü - VİDEO

24 İyul 2014 08:58
0 Şərh     Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qubada yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA TV-yə istinadən bildirir ki, Bakı-Quba yolunun 163-cü km-liyində təcili yardım maşını ilə "VAZ-2104" toqquşub.

Qusardan Bakıya xəstə aparan təcili yardım maşını düz yolu ilə hərəkət edən "VAZ 2104" avtomobilini vurub. Təcili yardımda olan  Qusardan Bakı xəstəxanalarından birinə aparılan xəstə düz bir saat qəza yerində gözləməli olub.

Qəza nəticəsində  təcili yardım maşınının qabaq hissəsi yararsız hala düşüb. Faktla bağlı Quba Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.