Hadisə

Göyçayda tara sexi, Qəbələdə 4 otaqlı ev...

22 İyul 2014 23:31
0 Şərh     Baxış: 1 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 940 kv.m olan tara sexinin içərisində 20 kv.m sahədə taxta qırıntıları və taxta yonqarı yanıb. Sex yanğından mühafizə olunub.

Qəbələ rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.