Hadisə

Astarada dənizdə batan tələbənin meyiti tapıldı - YENİLƏNİB

22 İyul 2014 19:11
0 Şərh     Baxış: 2 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19:11

Xəzər dənizinin Astara rayonu ərazisində suda boğulan 1994-cü il təvəllüdlü Faiq Hafiz Fətullayevin meyiti sudan çıxarılıb.

APA-nın xəbərinə görə, meyit Faiq Fətullayevin boğulduğu yerdən 200 metr aralıda tapılıb.

Qeyd edək ki, Hafiz Fətullayev Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.

----------
18:21

Xəzər dənizinin Astara rayonu ərazisində suda boğulma faktı baş verib

APA-nın xəbərinə görə, hadisə bu gün 16.30 radələrində Astara şəhərinin "Köhnə avtobaza" adlanan ərazisində, nəzarət olunmayan çimərlikdə qeydə alınıb.

Suda batan şəxsin rayonun Təngərud kənd sakini, 1994-cü il təvəllüdlü Faiq Hafiz Fətullayev olduğu bildirilib.

Hazırda onun meyitinin tapılması üçün Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu tərəfindən axtarışlar aparılır.

Məlumata görə, Hafiz Fətullayev Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.