Hadisə

Bakıda məmurun qızına təcavüz olundu

20 İyul 2014 23:36
21 Şərh     Baxış: 10 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evə soxulan şəxs 15 yaşlı qızı döyüb, zorla ona təcavüz edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Səbail rayonunda baş verib. Rayon sakini olan 1974-cü il təvəllüdlü Atamoğlanova Turə (bütün ad və soyadlar şərtidir) 8-ci Polis Bölməsinə müraciət edərək onunla birgə yaşayan qızının təcavüzə məruz qaldığını deyib.

Qadın qeyd edib ki, iyulun 17-də qızı, 15 yaşlı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxulub. Həmin şəxs yeniyetmə qızı döyüb və zorla ona təcavüz edib.

Erkin daha sonra evi tərk edib. T.Atamoğlanova evə qayıtdıqda qızı ona baş verənləri danışıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, polisə şikayət edən qadın Səbail rayonundakı tədris müəssisələrindən birində rəhbər vəzifələrdən birində çalışır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.