Hadisə

Bakıda günün 3-cü avtobus qəzası: yaralı var - FOTO

13 İyun 2014 14:50
6 Şərh     Baxış: 3 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda bu günün 3-cü avtobus qəzası baş verib. Hadisə şahidləri Milli.Az-a məlumat verirlər ki, saat 13 radələrində Bakıxanov qəsəbəsində dəmir yolu stansiyanın qarşısında iki avtobus toqquşub.

Qəza zamanı 23 saylı 90 NP 166 dövlət nömrə nişanlı və 22 saylı 90 RB 266 nömrəli sərnişin avtobusları bir-birinə çırpılıb.

Qəza nəticəsində 22 saylı avtobusda olan qadın sərnişin xəsarət alıb və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə şahidləri deyirlər ki, 23 saylı avtobuslar pis idarə olunur. Həmin avtobusların sürücüləri 22, 35, 40 saylı avtobusları ötüb keçmək üçün yüksək sürətlə idarə edirlər və sərnişinləri təhlükəyə atırlar.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.