Hadisə

Azərbaycanda doğuş zamanı ana və uşaq öldü - YENİLƏNİB - RƏSMİ AÇIQLAMA - VİDEO

23 May 2014 17:48
36 Şərh     Baxış: 10 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:46

Quba rayon prokurorunun köməkçisi Rövşən Əhmədov Quba Regional Perinatal Mərkəzində baş verən ana və uşaq ölümü ilə bağlı açıqlama verib. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, prokuror köməkçisi bildirib ki, hadisə ilə əlaqədar, hələ ki, cinayət işi açılmayıb və saxlanılan yoxdur.
Qızxanım Mövsümovanın meyitinin ekspertizasının nəticəsi məlum olandan sonra hadisəyə düzgün hüquqi qiymət veriləcək.


---------
16:56

Azərbaycan Səhiyyə Nazirliyi Quba Regional Perinatal Mərkəzində bu gün doğuş zamanı baş verən ana və uşaq ölümü ilə bağlı rəsmi məlumatını açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, dünyasını dəyişən qadın 1993-cü il təvəllüdlü Mövsümova Qızxanımdır.

16 yaşında ailə həyatı quran Q.Mövsümova 5 il ərzində hamilə qala bilmədiyindən həm xarici ölkələrdə, həm də Azərbaycanda hormonal dərmanlarla müalicə olunub.
 

Q.Mövsümova bu il mayın 21-də hamiləliyinin 37-ci həftəsində Quba Regional Perinatal Mərkəzinə daxil olub. Xəstəxanaya daxil olarkən onun hamiləliyində artıq müəyyən problemlər yaranıb. Xəstənin üzərində spinal anesteziya proseduru həyata keçirildikdən sonra onun ürəyi dayanıb. Q.Mövsümovanın üzərində reanimasiya tədbirləri həyata keçirilsə də, nəticəsi olmayıb, ana və uşağı dünyasını dəyişib.
 

Hazırda xəstənin cəsədi üzərində tibbi ekspertiza aparılır. Ekspertizanın nəticələrindən asılı olaraq, ölümün baş verməsində həkim səhvinin olub-olmadığı da müəyyən ediləcək.


---------
13:05


RTV-nin hazırda tibb müəssisəsində olan müxbiri xəbər verir ki, dünyasının dəyişən qadın 21 yaşlı Quba rayonunun 2-ci Nügədi kənd sakini Mövsümova Qızxanım Rəhim qızıdır. O, mayın 20-də Quba Regional Perinatal Mərkəzinə gətirilib. Ölən qadın hamiləliyin 37-ci həftəsində olub.

Milli.Az RTV-yə istinadən bildirir ki, doğuş zamanı ölən qadının qaynanası Dilbər Qayıbovanın sözlərinə görə, həkimlər ona uşağın qeysəriyyə yolu ilə dünyaya gətiriləcəyini deyiblər: "Bunun üçün hətta bizdən pul da alıblar".

Dilbər Qayıbovanın sözlərinə görə, 3 gün öncə gəlininə əməliyyatdan öncə iynə vurulub. İynədən sonra uşaq ana bətnində ölüb. Bir az sonra isə vəziyyəti ağırlaşan ananın da həyatını xilas etmək mümkün olmayıb. Yaxınları ananın və uşağın ölümünə görə həkimləri günahlandırırlar.

----------
12:17

Bu gün saat 11 radələrində Quba Regional Perinatal Mərkəzində ana və uşaq ölümü faktı qeydə alınıb.

Milli.Az RTV-yə istinadən bildirir ki, Quba rayonu, Nügədi kənd sakini Qızxanım Qayıbova qeysəriyyə əməliyyatına hazırlıq ərəfəsində qəfil dünyasını dəyişib. Qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı tibb müəssisəsindən ətraflı məlumat verilmir. Hazırda faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. 

Milli.Az

----------
16:56

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.