Hadisə

Bakıda avtobus qəzası, yaralılar var - YENİLƏNİB - FOTO

31 Oktyabr 2014 08:58
2 Şərh     Baxış: 4 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31.10.2014
08:58


Bakının Biləcəri qəsəbəsində avtobusun yük maşınına çırpılması nəticəsində yaralananların adı məlum olub. APA-nın məlumatına görə, avtobusun sərnişini, 1993-cü il təvəllüdlü İsmayilov Huseyn Mübariz oğlu Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daha iki sərnişin - 21 yaşlı Məmmədova Zərifə Bəhlul qızı və 27 yaşlı Zeynalova Günay Bilal qızı isə dəmiryolu xəstəxanasına çatdırılıb. 
 
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, avtobusun sürücüsü 37 yaşlı Hüseynov Eyvaz Bayram oğlu deformasiyaya uğramış avtobusdan FHN-in xilasediciləri tərəfindən çıxarılıb, təcili tibbi yardım briqadasına təhvil verilib.
 
Sərnişinlərdən daha biri, 52 yaşlı Əmrahova Zemfira Mədət qızı da xəstəxanaya yerləşdirilib.

----------------
30.10.2014
22:25

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 92 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yol kənarında dayanmış "MAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Hazırda xəsarət alanların sayı dəqiqləşdirilir.
 

Milli.Az

---------
23:05

Böyütmək üçün şəkillərə klikləyin



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.