Hadisə

Tovuzda mina partlayıb

25 Aprel 2014 09:39
0 Şərh     Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tovuzun Əlibəyli kəndində iribuynuzlu mal-qara minaya düşüb.

APA-nın verdiyi məlumata görə, hadisə dünən Tovuz rayon Əlibəyli kəndi ərazisində, Ermənistanla təmas xəttində baş verib. Güclü partlayış baş verən zaman əvvəlcə sakinlərdən kiminsə minaya düşdüyü ehtimal edilsə də, sonradan müəyyən olunub ki, Əlibəyli sakini Sevil Hüseynovanın iki baş mal-qarası minaya düşərək tələf olub.

Qəfildən baş verən güclü partlayış zamanı iribuynuzlu mal-qaradan biri parça-parça olub, digəri isə ayaqlarını itirib. Yaralı heyvanı ərazidən çıxarmaq mümkün olmayıb. Kənd sakinləri bildirirlər ki, otlaq sahələrinin yaşıllaşması mal-qaranın təmas xəttində olan minalanmış ərazilərə getməsinə səbəb olur və son nəticədə bu kimi hadisələr baş verir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.