Hadisə

Bakıda jurnalistin maşınını vurub qaçdılar - VİDEO - FOTO

24 Aprel 2014 12:27
1 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Milli.Az Musavat.com-a istinadən bildirir ki, "Yeni Müsavat" qəzetini reportyoru Fərahim İlqaroğlu idarə etdiyi avtomobillə qəzaya uğrayıb.

Babək prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkət edən F.İlqaroğlunun idarə etdiyi "99 FJ 293" dövlət nömrə nişanlı "Chevrolet Aveo" markalı avtomobili, həmin istiqamətdə sürətlə hərəkət edən "90 SP 847" nömrəli "Hyundai Elentra" vuraraq qaçıb. Qəzada xəsarət alan olmasa da, həmkarımızın maşınına ziyan dəyib. O dərhal hadisə barədə polisə məlumat verib. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları qəza törədərək qaçan sürücünün müəyyən olunması üçün F. İlqaroğlunu aprelin 24-də  Xətai Rayon Yol Polisi Şöbəsinə dəvət ediblər.

Jurnalistin avtomobilində olan videoqeydiyyatçı qəza törədərək hadisə yerindən qaçan maşını qeydə alıb. Həmin görüntüləri təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.