Hadisə

Bakıda bacısının başını kəsəndən xəbər var

28 Oktyabr 2014 23:52
17 Şərh     Baxış: 16 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda bacısının başını kəsən Pərvanə Nuriyevanın istintaqı davam edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bacısı Güneli amansızlıqla qətlə yetirən P.Nuriyevanın psixoloji vəziyyəti öyrənilir. Qatil bacının bu cinayəti törətməsinin əsl mahiyyəti üzə çıxmasa da, istintaq müəyyən nəticələr əldə edib.

Məlumata görə, P.Nuriyevanın psixi durumunun yerində olmadığı təsdiqlənir. Xəbərə görə, əgər istintaq qatilin psixi problemləri olduğu üçün cinayət törətdiyini təsdiqləsə, onu həbs etməyə bilərlər.

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov da onunla görüşündən sonra qatilin psixoloji pozuntuları olduğunu qeyd etmişdi. Həmçinin, Pərvanənin ifadəsində "Yuxuda dedilər ki, vaxtı çatıb, qalx, öldür" deməsi də onun ruhi vəziyyətinin normal olmadığı qənaəti yaradır.

Bildirək ki, 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva istintaqa verdiyi ifadədə özündən bir yaş böyük bacısını "Allahın tələbi ilə öldürdüyünü" deyib. P.Nuriyeva bildirib ki, gecə saatlarında yuxuda ikən ona vəhy gəlib və "bacını öldür, vaxtı yetişib" deyilib. Xətai rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədova açıqlamasında qətlin şəxsi münasibətlər zəminində baş verdiyini bildirib.

P.Nuriyeva barəsində məhkəmənin hökmü ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib, istintaq araşdırmaları davam edir. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1 - qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi başlanıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.