Hadisə

Azərbaycanda məktəbdə yanğın olub

17 Aprel 2014 09:01
0 Şərh     Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zaqatala rayonunda məktəb binasında yanğın olub.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə aprelin 16-sı axşam saatlarında  rayonun  Muğanlı kəndində, ümumi sahəsi 2300 kv.m olan məktəb binasında qeydə alınıb. Hadisə yerinə FHN-in Zaqatala rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində məktəb binasının  dam örtüyünə çəkilmiş qır 30 kv.m sahədə yanıb. Faktla bağlı FHN-in Zaqatala rayon DYMX-də araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.