Hadisə

Zərdablı kəndlisini bıçaqladı

27 Mart 2015 19:42
0 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərdabda bıçaqlanma hadisəsi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Zərdab Rayon Polis şöbəsindən verilən məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Bıçaqçı kəndində baş verib.

Bıçaqçı kənd sakini, 43 yaşlı Şamilov Baxış Ağaxan oğlu aralarında baş vermiş münaqişə zəminində həmkəndlisi, 33 yaşlı Abdullayev Etibar Məhəmməd oğlunu bıçaqlayıb. Yaralı Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 2 bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E. Abdullayevə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hadisəni törədən B. Şamilov hələlik saxlanılmayıb.

Faktla bağlı Zərdab Rayon Polis şöbəsində araşdırmalara başlanılıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.