Qoroskop

Günün qoroskopu: abstrakt mənfəətlə maraqlanmayın

6 Avqust 2016 00:01
166 Şərh     Baxış: 10 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç -  günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın.

Buğa - ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin. Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar.

Əkizlər - haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir.

Xərçəng - sizi narahat edən problem barədə ailə üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız, gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın.

Şir - başqalarının maraqları və mənafeləri arasında qala bilərsiniz. Ailədə və ya işdəki situasiyanın girovuna çevrilməyin. İqtisadi və siyasi prosesləri diqqətlə izləyin. Hadisələrə təsir imkanlarına malik insan sizə maneələr yaratmağa çalışacaq.

Qız - nüfuzunuza və ya mövqelərinizə zərbələr vurmaq istəyən bədxahın qarşısını qətiyyətlə alın. Mübarizəsiz geri çəkilməyin. Daşınmaz əmlak, maddi məsələlərdə inadkarlıq edin. Yaradıcılıqla məşğul olmağa vaxt tapın, karyera inkişafını düşünün.

Tərəzi -  uzunmüddətli rəqabətə hazır deyilsinizsə, mübarizə meydanını tez tərk edin. Məişətdə genişmiqyaslı islahatlara başlamayın. Ailə üzvlərinin qəlbini qırmayın.

Əqrəb - rutin məsələlələrin çoxluğu sizi əsas məqsəddən yayındırmamalıdır. Maddi məqamlar, xidməti öhdəliklər çox vaxt aparacaq. Yaxın dostlardan biri və ya qohumun yardıma ehtiyacı ola bilər.

Oxatan -  maliyyə məsələlərində təmkinli davranın, emosiyalara uyaraq düşünülməmiş qərarlar verməyin. Həddən artıq sərt qənaətə zərurət duyulmur. Bununla belə, israfçılıq etməyin. Mənasız eksperimentlər aparmayın, bütün qüvvənizi və diqqətinizi real məqsədlərə yönəldin.

Oğlaq - hədəfləri təftiş etsəniz, real nəticələr əldə edəcəksiniz. Yaradıcılıq layihəsinə başlamaq, yaxın perspektivin planlarını yeniləmək olar. Risk etməkdən qorxmayın. Bununla bahəm illüziyalara qapılmayın, xam xəyallara aldanmayın.

Dolça - ikinci dərəcəli işlərə diqqətiniz yayılmasın. Cari işlərlə məşğul olun, rutin məsələlərdən usanmayın. Əsas məqsədə doğru aparan yolda qətiyyətlə irəliləyin. İşlər nə qədər artırsa, ödəniş və gəlirlərlə bağlı problemlər sizi daha çox narahat edəcək.

Balıqlar - əsas yolla irəliləyin. Bütün işlərlə müstəqil məşğul olun. Başqalarının yardımlarından izafi istifadə etməyin. Əks halda artan gərginliyə dözməyə bilərsiniz. Həddən artıq güc və vaxt tələb edən işi ertələyin. Axşam saatlarında fiziki travma almamaq üçün diqqətli davranın. Normal istirahət etməyə çalışın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.