Qoroskop

Günün qoroskopu: məsuliyyət sərbəstlikdən məhrum edəcək

3 Avqust 2016 00:01
90 Şərh     Baxış: 10 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç -  gün, sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir: keçmiş səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin. Yaxınlarınızın məsləhətinə qulaq verin.

Buğa - əla gündür. Həm gücünüz, həm də həmişəki kimi, inadınız çoxdur. Yəni sizin üçün görülməsi mümkün olmayan iş yoxdur. Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz onlardan lazımi qaydada istifadə edirsiniz. Kommersiya fəaliyyəti üçün uyğun gündür. Bu gün bağlanan sövdələr yaxşı gəlir gətirəcək.

Əkizlər - şəxsi münasibətlər baxımından gün o qədər də pis deyil: ciddi səhvlər buraxmır, münaqişələrdən qaçır, hətta vaxtaşırı güzəşt yollarını da arayırsınız. Valideyn Əkizlər uşaqları ilə ümumi dil tapa biləcəklər.

Xərçəng - bu gün öz qayğınıza özünüz qalın, "yuxarılar" məşğuldur. Maliyyə vəziyyətiniz zərbə altındadır: pullar gah bilinməyən istiqamətdə yoxa çıxır, ya da dəhşətli dərəcədə azalır. Planlarınızı gözdən keçirin, xeyli pul tələb edən işləri bir qədər gözlədin.

Şir - yaxınlarınızla münasibətlərdə ahəngdarlıq və qarşılıqlı anlaşma vəd edir. Əvvəlki incikliklərdən əsər-əlamət qalmayacaq və siz anlayacaqsınız ki, doğrudan da, sizi sevən insanlarla əhatə olunmusunuz.

Qız - tamamilə yeni, daha maraqlı bir işlə məşğul olmaq arzusundasınız. Ancaq məsuliyyət və vədləriniz sizi sərbəstlikdən məhrum edir: əvvəlki işlərinizi bitirmədən irəli gedə bilməyəcəksiniz. Bu gün çox işləməli olacaqsınız, entuziazmınız kifayət qədər olsa da, çox cüzi yardım alacaqsınız.

Tərəzi -  həyatınızı çətinləşdirən stereotip və vərdişlərdən qurtulmaq bu gün sizə asan olacaq. Enerjiniz çoxdur, həyat eşqiniz coşub-daşır, yorulmaq bilmirsiniz. Bu gün romantik tanışlıqlar üçün çox münasibdir: davamı ancaq xoşbəxtlik vəd edir.

Əqrəb - bu gün göylərin xüsusi himayə göstərdiyi şəxslər arasındasınız. Günün birinci yarısı buna tam əmin olacaqsınız. Hansı işdən yapışsanız, alınacaq. Yeniliklərə, həyatınızı dəyişməyə nə qədər çox can atırsınızsa, bir o qədər bu işdə uğur qazanırsınız.

Oxatan - bu gün dəyərli bir hədiyyə ala bilərsiniz. Sahibkarlar üçün öz biznesləri üçün investorlar cəlb etmək çətinlik törətməyəcək. Şəxsi münasibətləriniz də üzünüzü güldürəcək: əgər burada nə isə dəyişirsə, yalnız yaxşılığa doğru dəyişir.

Oğlaq - gün maraqlı və uğurludur. Onu nəyə həsr etmək qərarını özünüz verə bilərsiniz. Tamamilə yeni bir işə başlasanız, ilk uğurların bu qədər tez alınmasına təəccüblənəcəksiniz. Əvvəllər başladıqları işi davam etdirməkdə olan Oğlaqlar qabaq onlara burada çox çətin görünən problemləri tezliklə həll edəcəklər.

Dolça - şəxsi həyatda dəyişikliklərin təşəbbüskarları bu gün məhz Dolçalardır. Bəziləri öz partnyorlarını cəsarətli və qeyri-adi təklifləri ilə təəccübləndirir, bəziləri isə düşünürlər ki, artıq yeni bir mərhələyə adlamaq vaxtıdır və əvvəlki əlaqələrini heç bir şübhə etmədən, tərəddüdsüz, birdəfəlik kəsirlər.

Balıqlar - tnerjinizin həddi-hüdudu yoxdur. Amma bir dənə də olsun, dəyərli və maraqlı bir iş tapa bilmirsiniz ki, həmin qaynayan enerjinizi ona sərf edəsiniz. Nəticədə vaxtınızı boşuna sərf edirsiniz. Başqalarının layihələrində iştirak edən, ümumi maraqlara xidmət edən işləri həll edən Balıqlar isə bu baxımdan istisna təşkil edirlər. Əməkdaşlıq sizə faydalıdır, bu gününüzü daha maraqlı edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.