Qoroskop

Günün qoroskopu: əlinizə pul gələcək

22 İyul 2016 00:01
244 Şərh     Baxış: 10 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç -  yeni, həyatınızı rəngləndirəcək romantik macəra da mümkündür. İntuisiyanıza güvənin. Enerjiniz çoxdur, səhhətinizdə probleminiz olmayacaq.

Buğa - əlinizi hansı işə atırsınızsa, puça çıxır. Özünüzün yaratmadığınız və ümumiyyətlə sizə aid olmayan problemləri həll etməli olursunuz. Ciddi itkiləriniz ola bilər. Ola bilsin ki, işdə güclü münaqişə yaransın. Səfərlərə getmək məsləhət deyil.

Əkizlər - yaxınlarınızın dəstəyinə güvənə bilərsiniz. Onlar sizə xoş sözlərlə dəstək olur, real kömək göstərirlər. Səmimi olun, sizi qorxudan və narahat edən şeyləri çəkinmədən söyləyin.

Xərçəng - sakit və xoş bir gün olacaq. Möhtəşəm bir qələbəniz olmasa da, bu səbəbdən kefinizi pozmayacaqsınız. Çünki ciddi bir problem yoxdur və vacib qərarlar da qəbul etmək lazım deyil.

Şir - dostlarla görüş, qeyri-formal şəraitdə istirahət üçün yaxşı gündür. Könlünüz olsa, işgüzar və dost münasibətləri romantik məcraya yönələ bilər. Gələcək planların müzakirəsi üçün münasib gündür, maraqlı söhbətlərdə yaxşı ideyalar yaranır.

Qız - çox təzadlı gündür. Hadisələrin inkişafına emosional fonun qeyri-sabitliyi güclü təsir göstərir. Bəzən çox ötəri hisslərin altında insanlar elə hərəkətlər edirlər ki, üstündən az müddət keçəndən sonra peşman olurlar. Bir-birilə sıx bağlı olan insanlar arasında da fikir ayrılıqları yaranır.

Tərəzi -  əlaqələrin qırılmasından qorxmağa dəyməz, amma qarşılıqlı anlaşmaya da ümid etmək hələ mümkün deyil. Əvvəlcədən planlaşdırılmamış heç bir işi görməyin. Ən diqqətli və ehtiyatlı insanların günüdür.  

Əqrəb - bu gün sizin üçün uğurludur. Həmçinin o, yaxşı bir mərhələnin başlanğıcıdır. Siz yaxşı nəticələr əldə edə bilərsiniz, hər şey sizin zəhmətsevərliyiniz və entuziazmınızdan asılıdır. Maraqlı iş təklifləri almağınız mümkündür. Ola bilsin ki, fəaliyyət sahənizi tamamilə dəyişəsiniz.

Oxatan - doğrudan da diqqətinizi çəkəcək bir iş tapa bilərsiniz. Enerjiniz çoxdur, bu həm səhhətinizdə, həm də əhvalınızda özünü göstərəcək. Hətta günün ortasında yaranan xırda çətinliklər də qanınızı qaraltmayacaq.

Oğlaq - sizi xoş bir gün gözləyir. Düzdür, bütün ümidlərinizin doğrulacağını gözləməyə dəyməz. Amma siz yaxşı bilirsiniz ki, azca səbr etməyiniz yaxşı nəticə verəcək. Yeni tanışlıqlar mümkündür. Bunlar həm peşəkar, həm də şəxsi həyatınızda faydalı olacaq. Əlinizə pul gələcək.

Dolça - bu gün alış-veriş üçün münasibdir. Qarderobunuzu, imicinizi dəyişə bilərsiniz. Bu gün baş verən hadisələrin əksəriyyəti özündə müəyyən rəmz daşıyır. Bir qədər diqqətli olsanız, işin nə yerdə olduğunu anlayacaqsınız.

Balıqlar - Çətin gündür. İşdə problemləriniz yarana bilər. Bəzi Balıqların rəhbərliklə ciddi mübahisəsi düşə bilər. Çox emosional olanlar işi atıb, qapını çırpıb, necə deyərlər, "tüpürüb" çıxıb getməyə hazırdırlar. Daha sakit olanlar isə özlərinə sakitcə başqa iş yeri axtarırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.