Qoroskop

Günün qoroskopu: adi işlərlə vaxtınızı öldürməyin

18 İyul 2016 00:01
240 Şərh     Baxış: 11 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç -  adi işlərlə vaxtınızı öldürməyin, tapdanmamış cığırlarla getməyə çalışın.
Bu günə səfərlər, başqa şəhərlərdə, yad ərazidə danışıqlar planlaşdıra bilərsiniz. Qohumlar arasında fikir ayrılıqları yaranır, ancaq qarşılıqlı anlaşma tez bərqərar olur. Bu səbəbdən mübahisələr də tez bitir.

Buğa - bu gün sizin üçün çətin və yorucu olacaq. İşləriniz çoxdur, birini atıb, o birini görməli olursunuz. Diqqətinizi cəmləmək çətindir. Ancaq siz mənfi tendensiyaların təzyiqinə müqavimət göstərirsiniz. Afərin! Günün sonunadək işləriniz düzələcək.

Əkizlər - şoppinqdən əhvalınızı qaldırmaq vasitəsi kimi istifadə etməyin. Təmaslarınızı məhdudlaşdırın, kim xoşunuza gəlirsə, yalnız onunla ünsiyyət saxlayın.

Xərçəng - gün işgüzar görüşlər üçün əladır. Siz ən qaraqabaq, şıltaq və niyyətləri bəlli olmayan biriylə də razılaşma əldə edə bilərsiniz. Çoxdankı problemlərinizi həll edir, mübahisələrə son qoyan güzəştli variantlar tapırsınız.

Şir - günün ikinci yarısı gözlənilməz xəbər ala bilərsiniz. Xoş sürprizlər, hədiyyələr almağınız da mümkündür. Romantik tanışlıq üçün əla gündür: mümkündür ki, belə bir görüş ciddi münasibətlərin təməlini qoysun.

Qız - gücünüz və enerjiniz çoxdur, istənilən işdə uğur qazana, ən mürəkkəb məsələlərin həllini tapa bilərsiniz. Sizin qarşınızda isə yalnız bir maneə var, o da sizin tənbəlliyinizdir. İlk növbədə onunla mübarizə aparın.

Tərəzi -  həftə gözəl bir günlə başlayır. Şəxsi həyatınızı qura, işdə əla nəticələrə nail ola, dünyagörüşünüzü genişləndirə və özünüz üçün yeni imkanlar yarada bilərsiniz. Biznesə pul qoya bilərsiniz, bu sizdə çox yaxşı alınır.  

Əqrəb - bu günün problemləri ilə çarpışmaq sizə çətin olacaq. Birincisi, onlar çoxdur, ikincisi isə hər yerdədir. Amma Əqrəbləri belə çətinliklər qorxutmur. Günortaya yaxın nəyisə kökündən dəyişmək, qəti qərarlar vermək lazım olduğunu anlayacaqsınız, bundan sonra isə işləriniz düzələcək.

Oxatan - müəyyən çətinliklərə baxmayaraq, gün ümumilikdə pis keçməyəcək. Qarşınızda duran məsələlərin miqyası nə qədər böyükdürsə, onları həll etmək bir o qədər maraqlıdır.

Oğlaq - alış-verişə çıxa bilərsiniz: seçiminiz çox uğurlu olacaq, aldığınız əşyalar uzun müddət sizi sevindirəcək. Bu gün həmçinin başqa yerə köçə, əsaslı təmirə başlaya bilərsiniz.

Dolça - bu günə planlaşdırdığınız işləri, çətin ki, çatdırıb görəsiniz. Bu, həm şəxsi həyatınıza, həm də işinizə aiddir. Bunda sizin bir günahınız yoxdur, sadəcə olaraq, şərait belə gətirir. Bu səbəbdən uğursuzluqlara müdrikliklə yanaşmağa çalışın.

Balıqlar - bu gün bəxtiniz gətirmir. Amma bu elə də bəd xəbər deyil - çünki bazar ertəsi həftənin yeganə pis günü olacaq. Sonrakı günlərdə isə hər şey düzələcək. Odur ki, ruhdan düşməyin, hadisələri tələsdirməyin, düşünülməmiş hərəkətlər etməyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.