Qoroskop

Günün qoroskopu: köhnə münasibətləri bərpa edin

28 İyun 2016 00:01
325 Şərh     Baxış: 11 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç -  gərgin və məhsuldar danışıqlarla dolu, işgüzar anlaşılmazlıqların yoluna qoyulduğu bir gündür. Yeni müttəfiqlər qazanmaq ümidi il yeni layihələrə başlaya bilərsiniz. Qarşınızda maraqlı məqsədlər dayanır. İlk baxışdan bu məqsədlərə necə yanaşmaq lazım olduğunu bilməkdə çətinlik çəkəcəksiniz.

Buğa - bu gün çox işləmək lazım gələcək, lakin bu, sizi qorxutmayacaq. Bir neçə məsələni eyni vaxtda həll etmək imkanınız var. Düzgünlük və səmimilik danışıqlarda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün köməkçi olacaq.

Əkizlər - yaxınlarınız sizi dəstəkləməyə hazırdırlar, bu səbəbdən hətta ən cəsur ideyalarınızı da onlarla bölüşün. Təşəbbüslər göstərmək, köhnə münasibətlərin bərpası və romantik görüşlər üçün uyğun bir gündür.

Xərçəng - bu gün əyləncə, kübar məclislərinin ziyarəti və aktiv istirahət üçün münasib bir gündür. həyat potensialınız olduqca yüksəkdir. Bahalı hədiyyələr və uğurlu alış-verişlər də ola bilər.

Şir - bu gün həddən artıq uğurlu olacağı vəd olunur. Bir çox işlərin öhdəsindən gələ bilirsiniz və siz bunu gözəl başa düşürsünüz. Həyat eşqiniz və nikbinliyinizlə ətrafdakıların rəğbətini qazana bilirsiniz. Gün nüfuzlu şəxslərlə görüşlər üçün də münasibdir.

Qız - hüquqi və maliyyə məsələlərini həll etmək olar. Bununla yanaşı, şəxsi məsələlərə də vaxt ayırmaq lazımdır. Öz arzularınızı bəyan etməkdən çəkinməyin. Bu, uğura doğru ilk addımınız olacaq.

Tərəzi - bu gün xoş ünsiyyət və məhsuldar əməkdaşlıqla bağlıdır. Ətrafınızda nə qədər çox dostlarınız və tərəfdarlarınız olsa, bir o qədər çox pozitiv tendensiyalar yaranacaq. İnsanlar bir-birlərini gözlənilməz istedadları ilə heyrətləndirirlər. Bu səbəbdən bir çox çətin münasibətlərdə bu gün yumşalma hiss olunacaq.

Əqrəb - gün vacib məsələlərin müzakirəsi, planların cızılması və birgə fəaliyyət üçün uyğundur. Hətta ən yüngül fikirli insanlar belə bu gün özlərini olduqca ehtiyatlı aparırlar. Dəliqanlı insanlar da bu gün bir qədər soyuqqanlıdırlar.

Oxatan - həmkarlarınızın və işgüzar tərəfdaşlarınızın əhatəsində özünüzü rahat hiss edirsiniz.  Əməkdaşlıqla bağlı uzunmüddətli sazişlər də bağlana bilər. Doğru qərarlar qəbul edir, səhvə yol vermirsiniz.

Oğlaq - hadisələr siz istədiyinizdən bir qədər asta cərəyan edir, lakin proseslər sizin arzuladığnız istiqamətə gedir. Əgər kiməsə üstün gəlmək istəyirsinizsə, bilin ki, bu gün şansınız daha çoxdur.  İşlərə ruh yüksəkliyi ilə başladığınız üçün uğur qazana bilirsiniz.

Dolça - gün komfortlu, emosional fonu ilə seçilir. Nə istədiyinizi yaxşı bilirsiniz, bu da sizə kömək edəcək ki, lazımsız narahatlıqlar yaşamayasınız. Vəziyyət sizin üçün ən uğurlu şəkil alsa belə, siz öz dediyinizin üzərində durursunuz. Ciddi münaqişələr baş verməyəcək. Çünki siz istənilən situasiyaya yumorla yanaşırsınız. Maliyyə məsələlərinin həlli ilə məşğul olmaq olar.

Balıqlar - həm işgüzar, həm də şəxsi xarakterli tanışlıqlar üçün münasib gündür. Həmkarlarınızla münasibətlərdə ciddi problem yoxdur.  Diqqəti məşğul olmaq istədiyiniz işə yönəltsəniz və emosiyaları kənara qoysanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Gün səyahətlər üçün münasibdir. Uzaq səfərə yola düşməkdən çəkinməyin.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.