Qoroskop

Günün qoroskopu: əvvəlcədən plan qurun

22 İyun 2016 00:01
273 Şərh     Baxış: 12 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yaradıcı potensialınız yüksək səviyyədədir. Həyatınızı parlaq və daha maraqlı edə bilərsiniz. İstənilən işdə fantaziyanızdan yararlanaraq orijinallıq göstərdiyinizə görə rəqibləriniz təslim olacaqlar.

Buğa - bu gün təzəliklə başladığınız işləri bitirə, dünəndən sizi məşğul edən suallara cavab tapa bilərsiniz. Yaxınlarınızla münasibətlərinizdə sakitlik hökm sürür, narahat olmağa əsas yoxdur. Günü ailə üzvlərinizlə bir arada keçirməklə xeyli müsbət emosiya qazanacaqsınız.

Əkizlər - bu gün həmçinin köhnə dostlarla görüş üçün də münasibdir. Birlikdə keçmişi yada salarkən ağlınıza maraqlı ideyalar gələcək. Yeni tanışlar tapa bilərsiniz, amma hadisələri tələsdirmək lazım deyil: qarşınızdakına təşəbbüs göstərməyə imkan yaradın.

Xərçəng - hər şey o qədər də pis deyil, hətta günü yaxşı da adlandırmaq olar. Siz şikayətlənmir, əlinizdə olanla kifayətlənir və imkanınız çatandan yararlanmağa çalışırsınız. Həyatında yeni səhifə açmaq istəyənlər üçün gün uğurludur. Bu istəyin altında nəyin yatdığı isə heç önəmli deyil - bütün sferalarda cəhd göstərməyə dəyər.

Şir - Tələsin! Əla gündür və əgər nağıl kimi görünən perspektivi gerçəkləşdirmək istəyirsinizsə, ondan səmərəli istifadə edin. Tərəfdaş və həmfikir tapmaq çox asandır - sizin "uğur auranız" onları ciddi cəlb edir. Üstəlik, öz müsbət emosiyalarınızı çox həvəslə paylaşırsınız, bu da sizi cazibədar edir.

Qız - sizin üçün gözlənilməz olan yeni bir macəra başlana bilər. Sevən Qızlar öz yarlarını sevindirmək üçün səbəb tapacaqlar. Valideyn uşaqları sevindirəcəklər. Həm ümumi dil tapa, vacib bir məsələ barədə razılığa gələ, birlikdə xoş vaxt keçirə bilərlər.

Tərəzi - eyni zamanda bir neçə məsələ barədə fikirləşməli olursunuz, bu isə qəti bir qərara gəlməyə mane olur. Əvvəlcədən plan quraraq ona uyğun hərəkət etsəniz, günün artmaqda olan mənfi tendensiyalarından yaxa qurtara bilərsiniz. Əgər çox qısa bir zamanda qərar verə bilməyəcəyinizi düşünürsünüzsə, o zaman bütün ciddi və məsuliyyətli məsələlərdən qaçın.

Əqrəb - bütün bunlara baxmayaraq, yaxşı əhvalınızı qoruyub saxlaya biləcəksiniz. Bunda sizə yaxınlarınız da kömək edəcəklər. Sizin mənəvi rahatlığınızı təmin etməkdən ötrü onlar əllərindən gələni əsirgəmirlər.

Oxatan - keçilməz maneələr yoxdur. Günün ortalarına doğru bəzi çətinliklər yaranacaq, bunun da səbəbi kimsəyə qədərindən çox iş tapşırmağınızla bağlıdır. Yalnız öz gücünüzə arxalanaraq bir çox narahatlıqlardan sığortalana bilərsiniz.

Oğlaq - enerjiniz çoxdur, özünüzü yaxşı hiss edirsiniz. İstənilən yeni başlanğıc üçün uğurlu gündür. Şəxsi həyatınızda təşəbbüsü ələ alın.

Dolça - həftə çox uğurlu bir günlə başlayır. Bir qədər təzadlı və qərarsız xasiyyəti olan şəxslər özlərini narahat hiss edəcəklər. Şübhələr çoxluq təşkil edir: şəraitə uyğun olmaq üçün qətiyyət tələb olunur.

Balıqlar - İstənilən maliyyə əməliyyatları üçün uğurlu gündür. İri məbləğdə pullardan istifadə edə bilər, bahalı mallar ala bilərsiniz.
Şəxsi həyatın ahənginə heç nə mane olmur. Bir-birinə qarşı dərin hisslər duyan insanlar razılığa gələ, inciklikləri unuda bilərlər. Əvvəlki səhvlər və yelbeyin hərəkətlər bu gün bağışlanacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.