Qoroskop

Günün qoroskopu: təşəbbüskar olun

12 İyun 2016 00:01
165 Şərh     Baxış: 10 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - düz adamın seçilməsi vacibdir. Elə adama bel bağlayın ki, heç vaxt sizi pis vəziyyətdə qoymasın. Ev işlərini qaydaya salmaq üçün tək çox səy göstərmək yox, həm də çoxsaylı xırdalıqlara diqqət yetirmək lazımdır. Əgər heç nəyi gözdən qaçırmasanız, gün əlverişli keçəcək. 

Buğa - yanlışlıqlarınızda israr etməsəniz, gün böyük itkilər olmadan keçəcək. Nə qədər yolagəlimli, güzəştə gedən və anlayışlı ola biləcəyinizi göstərin. Ətrafdakılar buna təəccüblənəcək və dərhal sizin tərəfinizdə olacaqlar. Gün əcnəbilərlə danışıqlar və xarici səfərlərin planlaşdırılması üçün münasibdir.

Əkizlər - əsəbilik mümkündür. Bunun qurbanları həm iş yoldaşlarınız həm də ən yaxın adamlarınız olacaqlar. Axşam xoş xəbərlər alacaqsınız və ovqatınız yüksələcək. 

Xərçəng - gün ciddi məyusluq gətirməsə də, xırda anlaşılmazlıqlarla zəngin olacaq. Ona görə də artıq günorta saatlarında həyəcan və narahatlıqdan yorulduğunuzu hiss edəcək, hər şeydən təcrid olunmaq istəyəcəksiniz. Qoy, ətrafdakılar sizi gönüqalınlıqda günahlandırsınlar. Ən azı sizin üçün sakit və rahat olacaq. 

Şir - yaxınlarınızla münaqişələrdən qaçmaq istəyirsinizsə, olduqca nəzakətli və səbrli olmaq lazımdır. Hər bir iradınız kifayət qədər dəqiq və birmənalı olmalıdır. Çünki cüzi ikimənalılıq olan ifadələr düzgün yozulmaya bilər. 

Qız - çətin vəziyyətə düşəcəksiniz. Bu vəziyyətdən çıxış yolunu dərhal tapa bilməyəcəksiniz. Məsləhətlərə qulaq asın. Onların faydası dəyə bilər. Eksperimentlərdən az istifadə verin. Daha çox sınanmış vasitə və üsullara üstünlük verin. İmprovizasiya və uğurlu yaradıcılıq axtarışlarının zamanı bir qədər sonra çatacaq. 

Tərəzi - emosional fon sabit deyil, əsəbilik mümkündür. Mənfi emosiyalara sərbəstlik verməyin, yaxınlarınızın emosional rahatlığı barədə düşünün. Özünüzü işlə yükləməməyə çalışın, köhnə dostlarınızın təklif etdiyi yardıma "yox" deməyin.

Əqrəb - sizin həll etməyinizi tələb edən məsələlər o qədər müxtəlifdir ki, bir müddət özünüzü itirə də bilərsiniz. Sınanmış üsullar və başqalarının qərarlarına bel bağlamayın. Təkbaşına düşünmək, hərəkət etmək və cavablar tapmaq lazım gələcək. Bu gün sizdən tək zirəklik yox, həm də ehtiyat tələb olunur. Sonuncu olmasa, çətin vəziyyətə düşəcəksiniz. 

Oxatan - ətrafdakılarla münasibətlər sevindiricidir: heç kimi haqlı olduğunuza inandırmaq lazım gəlməyəcək, hamı onsuz da buna əmindir. İdeyalarınız xoş niyyətlə qarşılanacaq. Gün təşəbbüskarlıq üçün münasibdir.

Oğlaq - çox uğurlu gündür. Həyat potensialınız yüksək olacaq, hətta, çətin və darıxdırıcı işlə məşğul olmaq lazım gəlsə belə, yorulmayacaqsınız. Sarsılmaz nikbinliyiniz hər kəsin diqqətini cəlb edəcək. Unutmayın ki, müsbət emosiyalarınızı ətrafdakılarla bölüşdükcə, yeni emosiyalar qazanacaqsınız.

Dolça - gələcək üçün planlar qurmaq olar. Bu planlar həm cəsur, həm də tamamilə realist odacaq. Təəssüf ki, yaxınlarınız sizin ən orijinal ideyalarınızı dəstəkləməyə hələ hazır deyillər. Onlara hər şeyi sakitcə düşünmək üçün vaxt lazımdır. 

Balıqlar - ətrafdakıların diqqəti sizin fəaliyyətinizdə olacaq. Bu diqqət heç də həmişə xeyirxah deyil. Çətin işlərdən qorxmayın, onların öhdəsindən gələcəksiniz. Əlinizə pul gəlsə də, gözlədiyinizdən az olacaq. Ona görə də bazarlıq və əyləncə siyahısını bir qədər ixtisar etməli olacaqsınız. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.