Qoroskop

Günün qoroskopu: hesabda səhvlər ola bilər

11 İyun 2016 00:01
273 Şərh     Baxış: 10 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - riskə getməyə, şübhəli sövdələşmələrə girməyə dəyməz. Gün ekstremal idman növləri ilə məşğul olmaq üçün də əlverişli deyil. Amma müsiqi və rəqs ovqatınızı yüksəldə, həm də həyat potensialınızın artmasına yardım edə bilər.

Buğa - uğur qazanmaq üçün əsas şərt ətrafdakılarla yaxşı münasibətdir. Ona görə də həm işləməyə, həm də istirahətə tək öyrəşmiş adamlar əməkdaşlıq barədə düşünməli, asanlıqla razılışmağın, səyləri birləşdirməyin mümkün olduğu adama diqqət yetirməlidirlər. Bu zaman tam səmimiyyətə ehtiyac yoxdur.

Əkizlər - insanlara onların eşitmək istədiklərini söyləmək kifayətdir. Nə qədər təəccüblü olsa da, bu gün çox bəsit hiyləgərlik effektli olacaq.  Şəxsi münasibətlər daha da dolaşığa düşür. Bu vəziyyətdən yalnız qaydaları bilənlər qalib çıxa bilərlər. Əgər siz bu xoşbəxtlərə aid deyilsinizsə, riskə girməyin.

Xərçəng - sizə səmimi rəbbəti olan, eləcə də, incə və dərin hisslər bəsləyənlər əhval-ruhiyyənizi yüksəltmək üçün hər şeyə hazırdırlar. Yaranış vəziyyətdən arzularınızı dilə gətirmək üçün istifadə edin. Yəqin ki, kimsə onların həyata keçməsinə yardım edəcək. 

Şir - Nöqteyi-nəzərinizi heç kimin bölüşmədiyini görürsünüzsə, öz mövqeyinizdə israr etməyin. Fəndgirlik, opponentlə sözdə razılaşmaq, sonra isə öz bildiyini etmək bu gün çox faydalıdır. Hesab işlərində səhvlər mümkündür. Bu səhvlər maddi itkilərə səbəb olmasa da, işinizi artıracaq.

Qız - gün ailə problemlərinin həlli üçün münasibdir. Yaxınlarınızın qayğısına qalmaq sizin üçün də xoş olacaq. Bəzi Qızlar ev heyvanı saxlamağa başlamaq barədə düşünəcək, bəzilərinə isə "quyruqlu dost" hədiyyə ediləcək.

Tərəzi - Darıxdırıcı kağız işləri - hesabatların hazırlanması, sənədlərin qaydaya salınması, rəsmi məktubların yazılması ilə məşğul olmaq lazım gələcək. Bunlar sevilmli işləriniz deyil. Ona görə də tez yorulacaq və öz işinizi kiməsə tapşırmağa çalışacaqsınız.

Əqrəb - heç bir güc tətbiq etmədən çox şeyə nail ola biləcəyiniz gündür. Həm ənənəvi, həm də yeni işlərin öhdəsindən lazımınca gələcəksiniz. Ətrafdakıların həsədi susqun olacaq. Heç kim sizə mane olmayacaq və yolunuzu kəsməyəcək. 

Oxatan - yaxınlarınızın diqqət və dəstəyinə bel bağlaya bilərsiniz. Gün istənilən mövzuda söhbətlər üçün münasibdir. Hədiyyə və sürprizlər mümkündür. Pul gəliri də istisna deyil. Böyük məmnuniyyətlə pul xərcləyəcəksiniz. Xoşbəxtlikdən, bazarlıqlarınızın böyük əksəriyyəti uğurlu olacaq.

Oğlaq - özünütənqidə qadir olan Oğlaqlar hadisələrdən çox vacib dərs alacaq, qalanları isə hədər yerə enerji itirəcək və yorulacaqlar. Sevgili Oğlaqlara öz "yarı"ları ilə hamar və etimadlı münasibət qurmaq asan olmayacaq. Sevdiyiniz şəxsin hisslərindən şübhələnməyə başlayacaqsınız. Amma indidən məlumdur ki, şübhələriniz əsassız deyil.

Dolça - günün ən vacib vəzifəsi etibarlı müttəfiqlər tapmaqdır. Bu adamlarla ən gözlənilməz yerlərdə qarşılaşa bilərsiniz. Sadəcə olaraq, ətrafa diqqətlə nəzər salmaq lazımdır. Çətin layihələr üzərində birgə iş uğurlu olacaq.

Balıqlar - keçmişdə buraxılmış səhvlər əlverişsiz anda özünü xatırlatmağa başlayır və pis vəziyyətə düşə bilərsiniz. Baş verənləri təhlil etmək pis olmazdı. Lakin bu gün siz sakit düşünmək üçün kifayət qədər soyuqqanlı deyilsiniz. Baş verənlərə görə başqasını günahlandırmaq istəyi də güclüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.