Qoroskop

Günün qoroskopu: neytral mövqe tutun

26 Aprel 2016 00:01
196 Şərh     Baxış: 11 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - özünüzü yormasanız, qüvvənizdən düzgün yararlansanız, işinizin effektivliyi artacaq. Yeni planları düşünsəniz belə, bütün sahələrdə başlanan layihələri bitirə bilməyəcəksiniz. Bəzən özünüzə və yanınızdakı insanlara "yox!" deməyi bacarın. Görüləsi iş çoxdursa, əlavə tapşırıqdan imtina edin.

Buğa - yaxın gələcəklə yanaşı, uzaq perspektivlə bağlı planlarınız dəyişə bilər. İş və şəxsi həyatla bağlı məqamlar aktivləşir. Yeni nə iləsə qarşılaşa bilərsiniz. İdeyalarınız varsa, onları reallaşdırmaq vaxtıdır. Amma tələsməyin, təşəbbüsləri bir qədər təxirə salın, ehtiyac yarananda fəaliyyət göstərin. Şəxsi həyatda situasiya asanlıqla çətinləşə bilər.

Əkizlər - şəxsi və işgüzar əlaqələr, təhsil, işdə irəliləyiş, səfər, ötən işlərin nəticələri və yeni məqsədlər diqqətinizdə olmalıdır. Miqyası genişləndirin, imkanları artırın. Bütün planlar dəyərlərinizə əsaslanır. Bir qədər tək qalın, iş, münasibətlər, təmasların məqsəd və mənalarını araşdırın. Əgər kiminləsə danışıb anlaşılmaz məsələyə aydınlıq gətirmək istəyirsinizsə, uyğun yer seçin.

Xərçəng - emosional bir məsələ ilə bağlı təlaş yarana bilər. İlin ən mühüm günlərindən biri, yaradıcılıq və ya romantik planlar üçün əlverişli vaxtdır. İstək və məqsədinizi dəqiqləşdirin. Şəraitin bir sıra nüansları taleyinizdə və planlarınızda iştirak edərək sizi lazımlı insanla görüşdürə bilər.

Şir - "səbrli olun", "təmkinli davranın"... Bu sözlər insanı bezdirir. Haqqı tapdanan, hüquq pozulan insanın səbrli olması onun haqsızlıqla barışması deməkdir. Bu gün həyatınızda yeni mövzu, yeni mərhələ ola bilər. Qüvvə və imkanlarınızı dəqiq hesablayın, məqsəd və hədəflərinizi müəyyənləşdirin. Maddi məsələlər hələ də aktualdır. Maliyyə imkanlarınızı ciddi təhlil edin, itkilərə yol vermədən stabilliyi qorumağın yollarını düşünün. İnformasiya toplanması, əlaqələrin genişləndirilməsinə diqqət ayırın.

Qız - optimal yol səylərin birləşdirilməsi, güzəştlər axtarışı və yaxın gələcəkdəki işlərə hazırlıqdır. Şəxsi həyatda həll olunmamış məsələləri qulaqardına vurmayın. Münasibətlərə yenidən baxın, köhnə sxemləri təzələyin.

Tərəzi - münasibətlər labirintini araşdırmağa davam edin. Hansısa məqamı daha dəqiq aydınlaşdırmalı olacaqsınız. Emosiyalar çox olmasa da, mental dəyərləndirmələr aydın və orijinaldır. Şəxsi həyatda uğur zolağıdır. Anlaşılmazlıqları asanlıqla müzakirə etmək, əldə olunanları, şəraitdəki dəyişiklikləri nəzərdən keçirmək olar. Yeniliklər pis olmaz. Sizi cəlbedən məsələdə irəliləmək zamanıdır.

Əqrəb - planlarınız və cari hadisələri yenilənmə impulsu alacaq. Maraqlarınızı saf-çürük edin, onların arasında ən dəyərli və real, mümkün olanları seçin. İşdə problemlər olmayacaq. Danışıqlar, aktiv yazışma aparın, gələcək əməkdaşlığın şərtlərini müəyyənləşdirin. Tərəfdaş və ya iş yoldaşı ilə münasibətlərdə ambisiyanız maneəyə çevrilməsin. Sərt tənqidsiz ötüşməyə çalışın.

Oxatan - neytral mövqe tutun, şəraitin aydınlaşmasını gözləyin. Mühüm danışıq, görüş, yazışma və ya telefon zəngini sabaha qədər təxirə salın.

Oğlaq -  çox mühüm gündür. Kollektiv, həmfikirlər və dostlarla bağlı planlarda yeniliklər yaşanacaq. Fantaziyalardan əl çəkin və ətrafa yaxşı baxın. Siz belə yaşamağa layiqsiniz?! Çətin. Bu günü həyatınızda dönüş nöqtəsi edə bilərsiniz.

Dolça - gələcəklə bağlı planlarınızda yeni mərhələdir. Nəyə isə nail olmaq, hansısa mövqeni tutmaq, statusa və ya maddi uğura yiyələnmək - bütün bunlar əladır. Amma məqsədi dəqiqləşdirin, həmin hədəfə aparacaq yolu konkretləşdirin. Əgər hazırlığa başlayıbsınızsa, şanslarınızı artırın.

Balıqlar - bəzi məsələləri ətrafınızdakı insanlarla müqayisədə daha tez hiss edəcəksiniz. Ola bilər ki, bəhs etdiyimiz məqam sizə hansı üstünlüklər əldə edə biləcəyinizlə bağlı məlumatlar versin. Görüşlər və söhbətlərin mövzuları təsadüfi deyil. Görüş üçün səbəb qəfil ola bilər. Ünsiyyətdə isə emosional olacaqsınız. Ümumi planlar məcrasında münasibətləri yeniləməyin vaxtıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.