Qoroskop

Günün qoroskopu: ünsiyyətdə aktivlik artır

13 Aprel 2016 00:01
71 Şərh     Baxış: 8 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ünsiyyətdə aktivlik artır, yeni tanışlıqlar mümkündür. Dost və qohumluq əlaqələri daha da möhkəmlənir. Günün ikinci yarısı münasibətlərdəki ahəngdarlıq pozulacaq, fikir ayrılıqları üçün xeyli səbəb yaranacaq. Maliyyə məsələləri, məişət problemləri ciddi narazılıq yarada bilər. Sükan arxasında uzaq səfərlərə çıxmaq məsləhət deyil.

Buğa - \ün ürəyinizcə keçmir: əhvalınız "bir qədər pis" və "murdar" kateqoriyaları arasında "var-gəl" edir. Odur ki, çoxlarının sizdən yan gəzdiklərinə heç də təəccüb etməyin. Münasibətlərdə çox dəyər verdiyiniz bir insanla əlaqəni poza bilərsiniz, səbəbi isə çox əhəmiyyətsiz ola bilər.

Əkizlər - intellektual potensialınız çox yüksəkdir. Bu da o deməkdir ki, öhdəsindən gələ bilməyəcəyiniz problem yoxdur. Eksperimentlərə hazırsınız və onlar dedikcə əla nəticələr verir. Maraqlı tanıqşlıqlar mümkündür. Ola bilsin ki, dostlarınızdan biri sizi doğrudan da gözəl bir insanla tanış etsinlər.

Xərçəng - yaxşılığa doğru dəyişiklikləri günün ikinci yarısında gözləyin. Emosional cəhətdən boşalma olacaq, bu sizin xeyrinizədir. Yeni ideyalarınız olacaq, həyatınızı yaxşılaşdırmağın yolunu tapacaqsınız. Alış-verişə çıxmaq olar.

Şir - nəzərə almaq lazımdır ki, bu gün müstəqil hərəkət etməli, kimdənsə kömək gözləməməlisiniz. Yaşlı qohumlarınızdan birilə aranızda münaqişə yarana bilər. Əgər bu gün təmkinli olmasanız, kinayəli iradlar bildirsəniz, sonra peşman olacaqsınız.

Qız - sürprizlərlə dolu gündür. Hətta arzulamağa belə cəsarət etmədiyiniz işlər baş verir. Öz gücünüzə inanın - uğur qazanmaq üçün bu çox vacibdir. Darıxmağa imkan olmayacaq: işləriniz çox və hər biri özlüyündlə maraqlıdır. Qonaq qəbulu, təntənəli mərasimlərin təşkili üçün uğurlu gündür.

Tərəzi - Gün yaxşı başlayır. Əhvalınız əladır, nə istədiyinizi yaxşı bilirsiniz və buna necə nail olmaq barədə təsəvvürünz də aydındır. Yalnız bir məqamı diqqətdən qaçırırsınız: ətrafınızdakı insanların da istəkləri, arzuları, prioritetləri və həyatda maraqları var. Bunlarla hesablaşmayınca yerinizdən tərpənə bilməyəcəksiniz.  

Əqrəb - təhsil və dünyagörüşünün artırılmasına xidmət edən məşğuliyyətlərə üstünlük verin. Ən adi vərdişlərdə özünüz üçün yenilik tapa bilərsiniz. Uzaqdan vacib xəbərlər ala bilərsiniz.

Oxatan - əvvəlcədən qurduğunuz planları reallaşdırmaq imkanı yaranmır və siz pərt olursunuz. Münasibətlərdə ehtiyatlı olun, başqasının təsiri altına düşə bilərsiniz.

Oğlaq - bu mürəkkəb gün hətta ən enerjili Oğlaqları da yoracaq. Nəinki, öz problemlərinizi həll etməli, üstəlik qohumlarınızın arasında yaranan fikir ayrılıqlarını da aradan qaldırmalı olursunuz - bu isə həddən artıq bezdirici işdir. Sizin üçün xoş olmayan etiraflar mümkündür. Elə bir məlumat alacaqsınız ki, onunla nə etməyi bilməyəcəksiniz.  

Dolça - gün bir qədər gərgin keçəcək. Mənəvi tarazlığınızı itirir, mənfi emosiyalarınızın təsiri altına düşürsünüz. Üstəlik, bu dövrdə sizi idarə etmək asanlaşır və çox güman ki, düşmənləriniz bundan istifadə etməyə çalışacaqlar.

Balıqlar - mənfi tendensiyaların güclü təsirinə baxmayaraq, səhər çağı müəyyən nailiyyətlər əldə edə bilərsiniz. Enerjiniz və sağlam düşüncəniz bütün işlərdə köməkçinizdir. Bunların sayəsində çətinlikləri aşa, səhvlərdən qurtula bilərsiniz. Ən çətin anlarınızda dostlarınız köməyinizə gələcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.