Qoroskop

Günün qoroskopu: sizi narahat edən suallara cavab tapa bilərsiniz

19 Aprel 2014 00:01
12 Şərh     Baxış: 5 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - məqsədə aparan yolda qarşınıza çıxacaq bütün sədlər və maneələri dəf edə bilərsiniz. Buna inanın, çalışın, səy göstərin. Uğur iradənizdən asılıdır. Gün ərzində problemlər, narahatlıqlar, nigaranlıq istisna deyil. Bütün bunlara rəğmən olaylar əlverişli istiqamətdədir. Hətta ən çətin anlarda nikbin olun.

Günün ikinci yarısında yaşanacaq kiçik maliyyə itkilərinə təmkinlə yanaşın. Az sonra gəlir əldə edəcəksiniz. Yaxınlarınızın xahiş və təvəqqelərini qulaqardına vurmayın. Söhbət, gerçəkdən də, mühüm məsələlərdən gedir.

Buğa - əvvəlki günlərdən fərqli olaraq işdə mürəkkəb situasiyalar və problemlər yarana bilər. Formalaşan müşküllərin öhdəsindən yalnız siz gələ bilərsiniz. Başqalarının əməllərinə görə məsuliyyət daşımalı olacaqsınız. Səhvlərin fəsadlarının aradan qaldırılması o qədər də xoş deyil. Amma bu gün narazılığınızı izhar etməsəniz, yaxşıdır.

Günün ikinci yarısı yarımçıq qalmış danışıqlar və kəsilmiş əlaqələrin bərpası üçün münasibdir. Qarşı tərəfin nə istədiyini konkretləşdirin, yanınızdakı insanların sizinlə bağlı gözləntilərini dəqiqləşdirin.

Axşam saatlarında ailəvi istirahəti seçin.

Əkizlər - etimada layiq olmayan insanlara inanmayın. Bu gün çoxları sizi aldatmağa, yanıltmağa çalışacaqlar. İş və ya pullarla bağlı önəmli qərarları ertələyin. Qüvvələrinizi, potensialınızı dəqiq qiymətləndirin. Hadisələrin mümkün inkişaf variantlarını təxminləməyə çalışın.

Günün ikinci yarısında müzakirələr, danışıqlar, görüşlər və ya işgüzar səfərin nəticəsi pis olmayacaq. Ev işləri əvvəlki günlərdən fərqli olaraq rutin, cansıxıcı təsir bağışlayaraq sizi yoracaq. Yaxınlarınızdan yardım istəməkdən çəkinməyin.

Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.

Xərçəng - son vaxtlar sizi narahat edən suallara cavab tapa bilərsiniz. Önəmli məlumatla yanaşı, yaxşı gəlir əldə edə bilərsiniz. Pulları məntiqlə xərcləyin, başdansovduluq və bədxərclik etməyin.

Günün ikinci yarısı danışıqlar, sövdələşmə, müzakirələr üçün əlverişlidir.

Yaxınlarınızla fikir ayrılıqları və ixtilaflar istisna deyil. Ciddi münaqişəyə yol verməyin. Ailə üzvləri ilə ünsiyyətdə həssas, qayğıkeş olun.

Yeniyetmələrlə asanlıqla dil tapa bilərsiniz.

Şir - bu gün alacağanız xəbərlər sizi narahat etməklə yanaşı, bəzi planlarda dəyişiklikləri qaçılmaz edəcək. İşlər ehtimal etdiyiniz kimi getmədiyi üçün nəzərdə tutduğunuz işlərdə təxirəsalmalar və ləngimələr olacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.

Günün ikinci yarısında yeni tərəfdaş və müttəfiqiniz olacaq. Situasiyaya müdaxilə etməklə hadisələrin məcrasını müsbət yönə dəyişə bilərsiniz. Dostlarla görüş müsbət emosiyalar bəxş edəcək. Sevdiyiniz insanla təmaslarda həssas və qayğıkeş olun.

Qız - yalnız öz qüvvənizə güvənin. Bu gün çoxlarından yardım və dəstək təklifləri alsanız da, yalnız tam müstəqil çalışağınız təqdirdə uğurlara nail ola bilərsiniz. Maraqlı işgüzar təklif alacaqsınız. Lakin cavab verməzdən əvvəl həmin təklif və onu səsləndirən insan barədə məlumatlar toplayın.

Məlumatlar xoş olmayacaq.

Günün ikinci yarısında işlərin axarı pis olmayacaq. Əhvalınızı korlamayın. Münaqişələr yaranarsa, təmkinli davranın. Yanınızdakı insanlar sizi anlayırlar.

Təxribatlara uymayın.

Tərəzi - işdə həmkarlar sizə xoşagəlməz sürprizlər edə bilərlər. Buna yol verməmək üçün təbdən çıxmayın, soyuqqanlı və təmkinli davranın. Sınaqlara sinə gərin. Yaranan çətinlikləri həll etməyin yollarını arayın. Fəal və təşəbbüskar olun.

Bu gün peşəkar fəaliyyət müstəvisində əldə edəcəyiniz uğurlar və əldə edəcəyiniz nailiyyətlər yalnız sizin əməyinizin sayəsində mümkün olacaq. Hadisələrin məcrasına süni müdaxilə etməyin. Alacağınız mükafat və ya qazancınız səylərinizə müvafiq olacaq.

Günün ikinci yarısında yaxınlarınız sizi dəstəkləməyə, xoş sözlər deməyə, ürək-dirək verməyə çalışacaqlar. Dostlarla keçirəcəyiniz vaxtda xeyir var. Evdə qalsanız, ailə üzvləri ilə ünsiyyətlərdə səmimi olun.

Yeni tanışlıqlara can atmayın. Səbəb bu gün təmaslarda sərvaxt olmamağınızdır.

Əqrəb - təmkinli və soyuqqanlı olmağa çalışın. Bu, çətin olsa da, bacarın. Bədxahlar aktivdir. Rəqiblər sizin zəif yerlərinizdən yararlanaraq ağır zərbə vurmağa can atırlar. Neqativ emosiyalarınız yanınızdakı insanlarla aqressiv və sərt davranışa səbəb olmamalıdır. Qıcıqlanmazdan əvvəl ətrafınıza diqqətlə baxın. Yaşanan olayları normal, adekvat dəyərləndirin.

Günün ikinci yarısında alacağınız xəbər sizi sevindirəcək. Axşam saatlarında hədiyyə və gəlir istisna deyil. Qəfil, amma çox xoş romantik etiraf istisna deyil. Şəxsi münasibətlərdə və həyatda müsbət dəyişikliklər ehtimalı artır.

Oxatan - uğur qazanmaq üçün sürətlə, aktiv çalışın. Hətta ən təcili işləri belə, təxirə salmağa meylli olmayın. İşgüzar görüşlər yaxşı başlamasa da, pozitiv məcrada bitəcək. Qarşı tərəfin diqqətini cəlb etməyə çalışın, bilik və bacarıqlarınızı nümayiş etdirin.

Günün ikinci yarısında enerji potensialının səviyyəsi aşağı düşəcək. Adi günlərdən fərqli olaraq tez yorulacaqsınız. Xroniki xəstəlikləriniz özlərini "xatırladacaqlar". Adamların gur olduğu yerə getməyin. Getsəniz belə, orada çox qalmayın.

Pəhrizə başlamaq və ya daha sağlam qidalanma rasionuna keçmək üçün əlverişli zamandır.

Oğlaq - olayların məcrası və baş verən hadisələrin istiqamətləri qanətbəxşdir. Çoxdan düşündüyünüz, həyata keçirilməsini çox çətin saydığınız layihələrdən birini reallaşdıra bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində müsbət təmayüllərin təsiri güclüdür. Karyera ierarxiyasında irəliləmək şansları var. Yaxşı gəlir vəd edən işə və ya sifarişə diqqəti artırın.

Günün ikinci yarısında aktiv və enerjili olun. İşlə istirahəti növbələyin.

Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız.

Dolça - gün asan başlamayacaq. Çətinliklər və problemlər xali deyil. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Nikbin olun, özünüzə inamınızı itirməyin. Şəxsi və işgüzar danışıqlarla görüşlər pis keçməyəcək.

Danışmaq və müzakirələr aparmaq istəməyən insanlarla günün ikinci yarısında təmaslar qurun. Yaxşı gəlir əldə edə bilərsiniz.

Axşam saatları gəzinti və qısa səfərlər üçün əlverişlidir. Dostlara baş çəkmək, qonaq qəbul etmək olar. Yanınızda olan insanları darıxmağa qoymayın. İstənilən darıxdırıcı işi maraqlı və cazibədar məşğuliyyətə çevirə bilərsiniz.

Balıqlar - nigaranlıq və narahatlıq nə qədər az olarsa, gün o qədər yaxşı keçəcək. Heç bir problem ruhdan düşməyə, bədbinləşməyə səbəb ola bilməz. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılığı yarana bilər. Kimsənin xətrinə dəymədən, yeni düşmən və rəqib qazanmadan mövqelərinizi müdafiə edin.

Günün ikinci yarısında səhhətinizdə problemlər riski var. Ayaqlarınıza xətər dəyməsin. Küçədə çox vaxt keçirəcəksinizsə, ayaqqabını düzgün seçin. Sağlamlıq prosedurları üçün əlverişli zaman axşam saatlarıdır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.