Qoroskop

Günün qoroskopu: birmənalı olmayan sözlər deməyin

16 Aprel 2014 00:01
63 Şərh     Baxış: 7 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - illüziyalara qapılmayın, xam xəyalların əsiri olmayın. Gün ərzində yaşanacaq hadisələrə real baxın. Fantaziyanız zəngin olsa da, ondan real şəkildə yararlanmaq mümkün deyil. İdeyalarınızın praktiki reallaşdırılmasının yollarını arayın. Ünvanınıza söylənən istənilən tənqidə həddən artıq sərt, aqressiv reaksiya verməyin. Halbuki deyilən sözlərin çoxundan faydalana bilərsiniz. Özünüzü ədalətli şəkildə dəyərləndirin. Ətrafınızdakı insanlara isə tam etibar etməyə tələsməyin. Sizi yanıltmağa, aldatmağa çalışan şəxs var.

Günün ikinci yarısı ciddi və diqqətli yanaşma tələb edən mühüm işlərin zamanıdır. Təmir, interyerin yenilənməsi, məişət texnikası və mebel almaq üçün əlverişli zamandır.
 

Buğa - ağır və mürəkkəb situasiya ilə qarşılaşacağınız gündür. Problemi həll etmək üçün göstərdiyiniz səylər hədər ola bilər. Müşkülün səbəbi odur ki, gərəkli işlə məşğul olmursunuz. Bunu nə qədər tez etiraf edərək başqa işə başlasanz, o qədər yaxşıdır. Ötənlərdə birgə çalışdığınız insandan maraqlı təklif ala bilərsiniz. Bütün dəyişikiliklərə rəğmən münasibətlər əvvəlki məcrada inkişaf edəcək.

Günün ikinci yarısında dəyər verdiyiniz insanın gözləntilərini puç etməyin. Birmənalı olmayan sözlər deməyin, işarələr və iradlardan, xüsusilə də yalandan imtina edin. İşlərdə və şəxsi münasibətlərdə müvəqqəti də olsa, şəffaf davranmağa çalışın.

Əkizlər - bu gün ən çox ehtiyac duyacağanız nəsnə səbrdir. Bir çox məsələlər gözləntilərinizin tam tərsinə olacaq. Yaxınlarınızdan birinin yarıtmaz davranışını, hətta xəyanətini görə bilərsiniz. Qərar və nəticələrinizdən bəzilərində yanıldığınızı anlayacaqsınız. Hisslərin diskomfortu olsa da, kimsə sizə dəstək olmağa tələsmir.
 

Günün ikinci yarısında anlayacaqsınız ki, problemlər çox ağır deyil. Hər şeyi dəf etmək, yaşamaq olar. Sevinmək üçün səbəb tapılacaq.

Sadəcə, ruhdan düşməyin, bədbinliyə qapılmayın. Gündəlik, rutin işləri, habelə yaxınlarınıza verdiyiniz vədləri unutmayın.
 

Xərçəng - bədxahlarla rəqiblərin yaratdıqları sədlərlə hazırladıqları tələlələri ehtiyat və sayıqlıq hesabına dəf edə bilərsiniz, Təhlükəli eksperimentlərə aludə olmayın. Köhnə, sınanmış metodlarla çalışın. Belə taktika dəfələrlə sınandığından effektivdir.

Günün ikinci yarısında məqsədə çatmaq üçün hiyləgərlik və fəndgirlik etmək olar. Yaxınlarınıza təmaslarda qayğıkeş və həssas olun - onları küsdürməyin. Yaşlı qohumlarla ünsiyyət zamanı diqqətli davranın. Alış-verişdə yalnız gərəkli, ehtiyac duyduğunuz əşyanı alın. Gözəl görünən, amma lazımsız əşyalara pul xərcləməyin.
 

Şir - istəklərinizlə niyyətləriniz güclü olduğu qədər ziddiyyətli, laübəli, qarışıqdır. Günün qarğaşalı, narahat keçməsinə təəccüblənməyin. İşlər çoxdur, məşğulsunuz. Lakin bu işlər arasında ən önəmliləri seçərək onlarla məşğul olun. İkinci dərəcəli işləri mütləq ertələyin. Əks təqdirdə yeni tapşırıqlar alacaqsınız. Çalışdığınız sahədə gərginlik pik həddinə çatmasın deyə, nəyi nə zaman görəcəyinizi müəyyənləşdirin.

Başladığınız işi yarımçıq qoymayın.

Günün ikinci yarısında sizinlə zarafat edəcəklər. Bu zarafatlar ilk əvvəl şən təsir bağışlasa da, sonradan sizi qıcıqlandırmağa başlayacaq. Emosiyaların təsiri altına düşərək münaqişəyə rəvac verməyin. Xərclərdə qənaətli, ağıllı davranın. Pullar sizə daha önəmli məsələ üçün lazım olacaq.

Qız - peşəkar olduğunuzu, başladığınız işi əla bildiyinizi nümayiş etdirin. Yaxınlıqda olan insanlar anlamalıdırlar ki, qəbul etdiyiniz qərarlar əsaslı, yaxşı düşünülmüşdür. Rəqabət güclənəcək, mübarizə gərgin və sərt olacaq.

İşlərlə yanaşı, şəxsi münasibətlərdə də gərgin anlar yaşanacaq.

Günün ikinci yarısında şübhəli və qısqanc davranmayın, yel dəyirmanları ilə mübarizə aparmayın. Dəyər verdiyiniz insanları anlamağa çalışın. Sevdiyiniz şəxsin bir müddət tək qalmaq istəyini dərk edin.

Tərəzi - tanış və dostların sizə yardım etməyə tələsdiklərini düşünməyin. Kömək gözləməyin. Müstəqil çalışın, dəstək üçün kimsəyə müraciət etməyin. Günün ilk yarısında daha fəal olun. İstənilən sahədə effektiv fəaliyyət göstərmək, problemləri uğurla həll etmək olar.

Günün ikinci yarısı qarışıq, amma maraqlı olacaq. Yanınızdakı insanlardan biri tərəfdaş olmaq istəyəcək. Qəfil, amma xoş vizitlər olacaq.

Axşam saatları improvizələr, yaradıcı eksperimentlər üçün uğurludur.

Əqrəb - günün ilk yarısı çətin, qarışıq olacaq. Sakit, təmkinli və soyuqqanlı olun. Gələcəyə qorxu hissi keçirmədən baxın. Sizi təbdən çıxarmaq asandır. Bədxahlar və düşmənlər də bundan yararlanmağa çalışırlar.

Onların tələsinə düşməyin. İşlərinizdə irəliləmək üçün ən kiçik şansdan istifadə edin.

Günün ikinci yarısı taleyin sizə meydan oxuduğu zamandır. Cəsarətli olun, çağırışı qəbul edin. Zəifliklərinizə qalib gəlsəniz, uduş böyük olacaq. Sevdiyiniz insan çətin anlarda sizi dəstəkləyəcək.

Axşam saatlarında əylənə bilərsiniz.

Oxatan - bu gün çox xoşagəlməz sözlər eşidəcəksiniz. Fikri və mövqeyi sizin üçün önənmli olan insanların məsləhətlərini qulaqardına vurmayın. Haqqınızda yayılan şayiələri və iftiraları arqumentlərlə yalanlayın. Həqiqət nə qədər acı olsa da, onu danmayın. Yaxın ətrafınızdakı insanlar sizə layiq olduğunuzdan pis münasibət bəsləyirlər. Belə situasiya ilə mübarizə aparmaq hələlik mənasızdır.

Günün ikinci yarısında mühüm görüş planlaşdırmayın. Belə görüş istədiyiniz kimi olmayacaq. Yeni vəziyyətdə tez və dürüst yönü müəyyənləşdirmək asan deyil. Maliyyə itkiləri ola bilər. Sizin üçün dəyərli əşyanın itməsi istisna deyil.

Oğlaq - planlarda dəyişikliklər olacaq. Nə istədiyinizi, hansı məqsədə can atdığınızı dəqiqləşdirin. Dalanda qalmaq o qədər də xoş hiss deyil. Lakin bütün bunlarla yanaşı emosional bərpa və düşünmək üçün vaxt yaranıb. Zəiflikləriniz və nöqsanlarınızın əsiri olmayın. İntizam ön plana çıxmalıdır. Yaxşı formada qalmaq üçün istənilən izafilikdən uzaq durun.

Günün ikinci yarısında aktivlik səviyyəsini aşağı salmayın. Bədxahlar fəallaşıblar və sizə qarşı yeni məkrli plan hazırlanır.

Bunu unutmayın.

Dolça - praktiki işlər görün, illüziyalara qapılmayın. Boş və mənasız arzuların girdabına düşməyin. Xəyallarınızı gerçək sayaraq reallıq hissini itirməyin. Yaxşı tanımadığınız insana etibar etməyin və düşünməyin ki, ətrafınızdakı insanların istisnasız olaraq hamısı sizin rifahınızı, yaxşılığınızı istəyir.

Bunu tez dərk edin. Əks təqdirdə sizi yenə aldadacaqlar.

Günün ikinci yarısı yarımçıq işlərin başa vurulması üçün çox əlverişlidir. Yüngül fiziki iş də sizi sevindirəcək.

Axşam saatlarında imiclə eksperimentlər etmək olar.

Balıqlar - ciddi çətinliklərlə qarşılaşmaq istəmirsinizsə, sizə ziyan vura biləcək insanlarla münaqişəyə və qarşıdurmaya başlamayın. Kinli, küdurətli, xain insanın "hədəf"inə çevrilə bilərsiniz. Bu ləyaqətsiz, mənəviyyatsız insan başqası tərəfindən idarə olunur və həmin adamın göstərişlərini yerinə yetirir. Sözlərinizdə ehtiyatlı, təmaslarda sayıq olsanız, bir çox problemlərdən qurtula bilərsiniz.

Günün ikinci yarısı müstəqil fəaliyyət üçün əlverişlidir. Fəaliyyət azadlığınız və asudəliyiniz nə qədər çox olarsa, nəticələr də bir o qədər yaxşı alınacaq. Şübhəli və aqressiv davranmasanız, sevdiyiniz insanlarla münasibətlərdəki sərinlik aradan qalxacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.