Texnologiya

Qəhvə hazırlayan telefon örtüyü istehsal edildi

23 May 2017 16:52
Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağıllı telefonların sayı hər keçən gün artıqca, onlar üçün hazırlanan telefon örtükləridə ağıllı hala gətirilməyə başlanılır. Bu günə qədər telefon örtüklərindən gözlədiyiniz yalnız telefonunuzun rənginə uyğun olmağı idi, indi isə təqdim olunan cihaz sizin üçün qəhvə hazırlayacaq.

Qəhvə sevərlər üçün rahat bir aksessuar vəzifəsini yerinə yetirməyi hədəfləyən Mokase qəhvə hazırlayan ilk telefon örtüyüdür. Miniatür bir espresso maşını olaraq çalışan bu yaradıcı telefon qabı öz içərisində bir batareyaya və xüsusi kapsula sahibdir. Bu kapsulu su mənbəyi olaraq istifadə edən və özünə xüsusi bir tətbiqdən tək bir toxunuşla, nəzarət edilərək saniyələr ərzində 25 ml.-lik bir espresso hazırlaya bilir.

Hər kəsin marağına səbəb olan Mokase hal hazırda Kickstarter platforması üzərindən vəsait toplama mərhələsindədir. Əgər Mokase lazımi məbləği toplaya bilsə, gələcəkdə startapçılar "Mocca" adı veriləcək bir telefon örtüyü də istehsal edəcəklər.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 16:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəhvə hazırlayan telefon örtüyü istehsal edildi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.