Texnologiya

Tvitter istifadəçilərinə şad xəbər

20 May 2017 10:04
0 Şərh     Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada məşhur və ən çox istifadəçiləri olan Tvitter sosial şəbəkəsində son günlər müəyyən problemlər yaşanıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, artıq bir neçə gündür ki, Tvitter vasitəsilə bağlantılar zamanı xətalar baş verir. Ən çox problem bir ölkədən başqa bir ölkəyə tvitlər göndərilərkən qeydə alınır.

Şirkətdən bildirilib ki, bu problem barədə xəbərdardılar. Twitter Inc. Şirkətindən bildirilib ki, hazırda yaranan texniki problemlər araşdırılır və qısa zaman ərzində qüsurlar aradan qaldırılacaq.

"İstifadəçilərimizin çoxunda texniki problemlər yaranıb. Bəziləri yaradılmış hesaba daxil ola bilmirlər. Bəziləri isə tvitlər göndərə bilmirlər. Biz bu problmelər barədə xəbərdarıq. Hazırda problmelərin aradan qaldırılması istiqamətində çalışırıq", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Tvitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. Qısa müddətdə sürətlə məşhurlaşan "Twitter"in, 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olub. Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytın siyahısına daxil olub və "İnternetin SMS-i" kimi tanınıb. Twitter Inc. San-Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San-Antonio şəhərlərində də vardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.