Texnologiya

Telefonu naqilsiz enerji ilə təmin edən çanta istehsal edildi

17 May 2017 16:20
Baxış: 1 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Telefonu naqilsiz enerji ilə təmin edə bilən bel çantası təqdim olunub. Knomo bir çantadan gözlədiyiniz bütün ehtiyacları qarşılayıb naqilsiz enerji doldurma xüsusiyyəti ilə də seçilən bir bel çantasıdır. Bel çantası şəhər həyatı daxilində daimi olaraq məkan dəyişdirərkən və ya ev ilə ofis arasında gedib-gələrkən artıq ayrıla bilmədiyimiz bir aksessuarımız olub. İstifadə edəcəyimiz əşyalar get-gedə artarkən daima bel çantası ilə gəzmək məcburiyyətində qalırıq.

Kickstarter-də dəstək toplayan Knomo-nun  LiveFree Backpack-I hər gün hər saat istifadə edə biləcəyiniz bel çantasıdır. Naqilsiz enerji doldurma xüsusiyyəti ilə irəli çıxan LiveFree Backpack ilə telefonunuzu sadəcə çantaya ataraq enerji ilə təmin edə bilirsiniz. Əgər iPhone 6 və ya başqa model bir telefona sahibsinizsə, əlavə olaraq telefonunuza taxacağınız keys ilə də cihazınızı enerji ilə təmin edə bilirsiniz.

LiveFree Backpack-ın naqilsiz enerji doldurma xüsusiyyətinə əlavə olaraq, GPS xüsusiyyəti də mövcuddur. Beləliklə də ən son unutduğunuz yeri mobil tətbiq üzərindən görə bilirsiniz. Lakin telefonunuzu enerji ilə təmin edərkən, çantanızı unutsanız nələr ola biləcəyi kimi maraqlı bir sual da yaranır.

Su keçirməyən parçası ilə hər hava şəraitində istifadə edə biləcəyiniz bel çantası yan, çarpaz və ön cibləri ilə əşyaları yerləşdirmək üçün rahat imkanlar təklif edir. Çantanın içində isə dəftər, qələm və digər əşyalarınızı yerləşdirmək üçün ayrı-ayrılıqda sahələr mövcuddur. Kickstarter-də dəstək toplamağa davam edən Knomo 12 illik bir işin nəticəsi olaraq həyata keçib. 50 min sterlinq hədəfinə çatan layihə 12 gün ərzində daha çox dəstək və ilkin sifariş toplamağa davam edəcək.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 16:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.