Texnologiya

Fotoqraf olmadan çəkiliş edə bilən studiya hazırlandı

30 Mart 2017 16:59
Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fotoşəkil studiyalarında professional çəkilişlər reallaşdırmaq uzun və yorucu bir işdir. Bundan başqa çəkilişi edib bitirmək işin yalnız çox kiçik bir hissəsidir. Sonrasında edilən çəkilişləri təşkil etmək, görünüş baxımından yaxşılaşdırmaq və yayına hazır hala gətirmək də ciddi bir müddət tələb edir. StyleShoots adlı bu inkişaf etmiş fotoşəkil studiyası isə, heç bir fotoqraf olmadan belə çəkilişləri reallaşdıra bilir.

Bu ağıllı studiya, davamlı olaraq yeni reklam filmləri çəkən və bütün ictimai yerlərdə daima aktiv olmaq istəyən firmalar üçün inkişaf etdirilib. Yaradıcıların fikrinə görə xüsusilə moda mərkəzli firmaların bu yeni nəsil studiyaya maraq göstərməsi gözlənilir. Ağıllı studiyada kamera olaraq Canon 1DX Mark II istifadə edilir.

Bundan başqa 3D dərinlik qavrayan sensor və kamera ilə işıqları avtomatik olaraq nəzarət edə bilən inkişaf etmiş bir proqram var. Firmalar yalnız reklamın növünü və hansı tərzdə fotoşəkil və ya video çəkiləcəyini təyin edir. Keçid effektləri və bəzi digər effektlər proqram tərəfindən edilir. Firmalara, son halı göstərilən foto və video üzərində istənilən dəyişiklikləri reallaşdırmağa imkan yaradılıb.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 16:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Fotoqraf olmadan çəkiliş edə bilən studiya hazırlandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.