Texnologiya

Facebook-a çoxdan gözlənilən funksiya gəlir

28 Mart 2017 13:53
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook", şərhlərə GIF animasiyalarının əlavə olunması funksiyasını test edir.

Milli.Az technote-yə istinadən xəbər verir ki, "Biz bilirik ki, istifadəçilər, GIF animasiyaları, şərhlərdə istifadə etmək istəyirlər. Məhz buna görə biz bu funksiyanı test etməyə başlamışıq.

Qeyd etmək istəyirik ki, bu, sadəcə, hələ ki, testdir" deyə sosial şəbəkənin təmsilçiləri bildiriblər.

Məlumata əsasən, şərhlərdəki GIF düyməsi, ilk öncə, bir sıra istifadəçilər üçün aktiv olacaq. Şirkət bildirib ki, əgər bu funksiya məşhurlaşsa, onda bütün istifadəçilər üçün aktiv olacaq. Şərhlərdə olacaq GIF düyməsi, Messenger-dəki GIF düyməsinin çalışdığı kimi çalışacaq. Beləliklə, istifadəçilər şərhlərdə təqdim olunacaq GIF animasiyaları yerləşdirə və ya istədikləri digər GIF animasiyaları axtara biləcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.