Texnologiya

Sualtı çəkiliş - xəyaldan reallığa doğru

25 Fevral 2017 10:00
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir gün telefonu təsadüfən əlimdən suya düşürmüşdüm. Saatlara onu necə qurutmaq haqda informasiya axtarmışdım. Telefonu fenlə qurutmağa çalışdım, isti yerdə saxladım, amma heç bir şey kömək etmədi, yenə də ustaya müraciət etmək məcburiyyətində qaldım. Fikrimcə, siz də belə vəziyyətlə üzləşmisiniz, misal üçün, telefonunuzun üstünə çay dağıtmısınız.

Budur bu da, sizə maraqlı bir xəbər. Təzəlikcə suya davamlı Samsung Galaxy A5 işıq üzü görüb. Samsung şirkətinin rəsmi saytından olan məlumata görə, bu smartfon suyun 1 metr dərinliyində belə "sudan qorxmur" və 30 dəqiqə ərzində suda qala bilir. İP68 standartına uyğun mühafizə bunu mümkün etdi. Galaxy A5 istifadəsi çox rahatdır, smartfonun quruluşu əlin formasına tam uyğundur və "sürüşüb düşmür". Şüşə və metaldan hazırlanan smartfon görkəmli və baha görünüşə malikdir. Bundan əlavə, smartfon, parlaq rəng seçimi ilə öz sahibini diqqət mərkəzinə çevirəcəkdir. Əsas kameranın arxa panelə səliqəli, tam hamar yerləşdirilməsi də məni sevindirdi.

Smartfon flaqman xüsusiyyətlərinə malikdir. O, özündə funksionallığı və zövqlü dizaynı birləşdirir. Samsung Galaxy A5 - sərfəli qiymətə olan, premium smartfon, artıq Bakıda.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.