Texnologiya

Yeni “ağıllı” eynək yorğunluğu müəyyənləşdirəcək

24 Yanvar 2017 07:33
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "JIN" şirkəti əməkdaşların diqqətlilik vəziyyətini müəyyənləşdirərək onların yorğunluq dərəcəsini hesablamağa imkan verən yeni "ağıllı" eynək texnologiyası hazırlayıb. Texnologiya yüz ballıq şkala üzrə aparılan hesablamaya görə kimin istirahətə ehtiyacı olmasını müəyyənləşdirəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yaponlar əməksevərlikləri ilə məşhurdurlar, lakin işlə artıq yüklənmə səbəbindən tez-tez özünəqəsd hallarına təsadüf edilməyə başlayıb və bu problem getdikcə daha geniş miqyas alır. İntiharla mübarizəyə aparıcı şirkətlər qoşulub və nəticədə "ağıllı" eynək ərsəyə gətirilib.

Məlumata görə, "JIN" rəhbərliyi 20 şirkətlə saziş imzalamağı planlaşdıraraq 80 milyon yen məbləğində təxmini qazancı hesablayıb. Bir cüt eynəyin qiyməti 39 min yen, bir nəfər üçün monitorinqə görə 1 aylıq abunə haqqı 500 yen təşkil edəcək. Digər istehsalçılar da eynək istehsalına başlayıb, əməkdaşların duruşunu və onların hərəkətini izləyəcək qurğuların icadı ilə bağlı ideyalar yaranıb.

ABŞ-da əməkdaşlar sığorta vəsatətlərinə qənaət məqsədilə yuxu və gün rejimi monitorinqini aparan qurğularla təchiz edilir, işçi heyətinin həyat tərzi və vərdişləri təhlil olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.