Texnologiya

"iPhone 6" geri çağırılır - Nasazlığa görə

20 Yanvar 2017 08:42
0 Şərh     Baxış: 3 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Batareya probleminə görə bəzi iPhone 6 modelləri geri çağırılaraq yenisiylə dəyişdirilə bilər.

Milli.Az technote-ya istinadən bildirir ki, iPhone 6s-də yaranan və az sayıda cihaza təsir edən batareya probleminin eynisi bəzi iPhone 6 modellərində də yarana biləcəyi deyilir. Ötən aylarda iPhone 6s modellərində batareya problemi olduğu aşkar edilmiş və "Apple" bəzi iPhone 6s modellərini batareya problemi yarana biləcəyi ehtimalı ilə geri çağıraraq ödənişsiz olaraq yenisiylə dəyişdirmişdi. "Apple"a yaxınlığı ilə bilinən "Macotakara" bloqu, ödənişsiz dəyişdirmə proqramının iPhone 6-nı da əhatə edəcəyini söyləyir.

Bloqda deyilənlərə görə bəzi iPhone modellərində batareya problemi özünü göstərməyə başlayıb. Bəzi modellərdə görülən öz-özünə kapanma ya da batareya ömrünün birdən bitməsi kimi halları, iPhone 6-nın iPhone 6s -də olduğu kimi ödənişsiz batareya dəyişdirmə proqramına daxil edilə biləcəyi deyilir. iPhone 6S-də olduğu kimi az sayıda iPhone 6 modellərinə təsir edəcəyi düşünüldüyü bu hadisəylə bağlı "Apple" tərəfindən hələki rəsmi açığlama yoxdu. Qarşıdakı günlərdə bu mövzuyla bağlı açığlama verib verməyəcəyini birlikdə görəcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.