Texnologiya

“Əşyalar interneti”də yeni virus tapıldı

21 Yanvar 2017 07:22
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eset" antivirus şirkəti "Əşyalar interneti" (Internet of Things, IoT) qurğularına hücum edən zərərli proqram aşkarlamasını açıqlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Rakos" adlanan proqram açıq "SSH" portlu və zəif  parollu qurğu və serverləri axtarır, avadanlığı yoluxdurduqdan sonra onlardan virusun yayılması üçün istifadə edir. Hücum kiçik "IP" ünvanları siyahısından başlayır, daha sonra hədəflərin sayı artır.
 
Yoluxdurulmuş qurğuda "Rakos" proqramın yeni versiyalarına köhnə versiya proseslərini bağlamağa və "URL" sorğularını yaratmağa imkan verən lokal "NTTR" serverini quraşdırır. Həmçinin təsadüfi "TSR" çıxışlarında daxil olan bağlantıları "dinləyən" internet serveri işə salınır.
 
Daha sonra virus yoluxdurulmuş qurğu barədə informasiyanın (o cümlədən login və parol) odluğu "NTTR" sorğusunu cinayətkarların komanda serverinə göndərir.
 
"Eset" mütəxəssisləri qeyd edir ki, hazırda "Rakos" mühafizə olunmayan qurğulardan ibarət "botnet" yaradır və pisniyyətli fəaliyyət üçün istifadə edilmir. Lakin ekspertlər gələcəkdə "DDoS" hücumlarının həyata keçirilməsini və "spam"ın göndərilməsini mümkün sayırlar. Bundan başqa, proqramın uğursuz eksperimentin nəticəsi olması ehtimal edilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.