Texnologiya

Amputasiya edilmiş ayağı üçün “İntagram”da səhifə açdı

17 Yanvar 2017 08:31
1 Şərh     Baxış: 1 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Oklahoma ştatından olan 25 yaşlı amerikalı Kristi Loyall "İnstagram" sosial şəbəkəsində özünün amputasiya edilmiş ayağı barədə səhifə yaradıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qız burada dizinə qədər amputasiya edilmiş ayağının "səyahətləri" barədə şəkilləri dərc edir.

Məsələ burasındadır ki, Kristidə nadir xərçəng növü aşkar olunub. Həkimlər qıza bildiriblər ki, bu vəziyyətdə ona ancaq ayağının amputasiyası kömək edə bilər. Əməliyyat bitdikdən sonra Kristi zarafatyana həkimlərdən ayağını ona verməyi xahiş edib. Ancaq sonradan o dərk edib ki, kəsilmiş ayağını doğrudan da geri alaraq götürmək niyyətindədir.

"Dostum mənim ayağım üçün səhifə açmaq ideyasını verdi. Bu ideya çox xoşuma gəldi. Bunun üçün də mən onu yuyub ağartdım və bütün sümükləri bir yerə yığdım", - deyə qız bildirib.

Hazırda bu səhifəyə 10 mindən artıq insan abunə olub. Onların hamısı Kristi və onun "ən yaxşı rəfiqəsi"nin səyahətlərini müşahidə edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.