Texnologiya

YouTube-da çoxdan gözlənilən yenilik ƏLAVƏ OLUNDU

1 Dekabr 2016 16:22
3 Şərh     Baxış: 3 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti YouTube-da 4K formatında canlı yayımları aktiv etdiyini bildirdi.

Milli.Az technote.az-a istinadən xəbər verir ki, bununla belə 4K rejimində canlı yayım həm adi videolar üçün, həm də 360 dərəcə panoram videolar üçün aktiv olacaq. 4K rejimli ilk canlı yayım isə bu gün gecə The Game Awards 2016 tədbirinin YouTube-dakı video yayımı olacaq. "Technote.az"ın "YouTube"a istinadən verdiyi xəbərə əsasən, 1 dekabr tarixindən yəni, bu gündən 4K formatlı canlı yayımları hər kəs edə biləcək. Qeyd etmək lazımdır ki, 4K formatlı videoların dəstəklənməsi funksiyası hələ YouTube-da 2010-cu ildə əlavə edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.