Texnologiya

"3D" protez icad edilib

1 Dekabr 2016 07:31
0 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alim Uilyam Rud protezləşdirmədə əsl inqilaba səbəb ola biləcək yeni innovativ texnologiyalı "3D" protez təqdim edib. Protezin "3D" printer və skaner vasitəsilə yaradılması onu maksimum həqiqi ayaq formalarına yaxınlaşdırıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "3D" printer və skaner vasitəsilə yaradılan qurğudan istifadə çox rahat və sadədir, eləcə də xoşgörkəmli xarici görünüşə malik olması başqa insanlarda qorxu hissi yaratmır. Qurğu sağlam ayağa maksimum dərəcədə oxşayır və analoqları ilə müqayisədə az çəkisi ilə seçilir. Bundan əlavə, protez əksər hallarda yalnız kosmetik funksiyanı yerinə yetirən əvvəlki texnologiyalardan daha funksionaldır.

"3D" protezin kütləvi istehsalına nə vaxt başlanacağı barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.